Ölkə futbolu
Kimdir müqəssir?
“2022-ci ildə qazandığımız titulu qorumaq istəyirik. Bu, əlbəttə ki, çətin olacaq. Amma əlimizdən gələni edirik, milli komandamız üçün hər cür şərait yaratmışıq”.
Bu sözləri Azərbaycan Minifutbol Federasiyasının vitse-prezidenti Taleh Nəsibov Avropa çempionatı ərəfəsində jurnalistlərə müsahibəsində demişdi.
Azərbaycan minifutbolunu yaxından təqib edən, son ölkə çempionatını mütəmadi izləyən iki jurnalistdən biri kimi (digəri həmkarım Mirbağır Cəfərlidir), təsdiqləyə bilərəm ki, bəli, Azərbaycan Minifutbol Federasiyası - istər Taleh bəy, istər federasiya prezidenti Orxan Məmmədov milli komandamızın uğur qazanması üçün hər bir şeyi edir.
Azərbaycan dünyada bəlkə də minifutbola ən çox diqqət ayıran ölkədir. Böyük turnirlər öncəsi komandanın xarici ölkələrdə təlim-məşq toplanışının keçirilməsi, ölkə daxilində yüksək səviyyəli hazırlıq, həvəsləndirici mükafatlar və s. və i.a. Siyahını çox uzatmağa ehtiyac yoxdur. Uzun sözün qısası, federasiya ölkədə minifutbolun inkişafı, yığmamızın uğur qazanması üçün hər şeyi edir. Amma təəssüf ki, son 2 ildə millimiz ümidləri tam doğrultmur. Görünən odur ki, 2022-ci ildə qazanılan Avropa çempionluğunun ardı gəlmir. Bu isə o deməkdir ki, nələrsə dəyişməlidir...
Millimiz əvvəlcə ötən il Bakıda Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirində medalçılar sırasına düşə bilmədi. Eyni ssenari dünya çempionatında da təkrarlandı. Düzdür, yığmamızın ilk dəfə qatıldığı mundialda 4-cü yeri tutmasını pis nəticə kimi qələmə vermək olmaz. Lakin görünən odur ki, millimiz üzüaşağı gedir. Elə dünən Avropa çempionatının 1/4 finalında Qazaxıstan millisindən alınan məğlubiyyət də bunu sübut edir. Son Avropa çempionu, dünya reytinqində ikinci yerdə qərarlaşan komanda qitə birinciliyində ən güclü 4 komanda arasına düşə bilmirsə, deməli, komandada nəsə qaydasında deyil. “Bəxtimiz gətirmədi”, “Penaltilər lotereyadır”, “Oyun boyu qazaxlardan üstün idik” və s. - bütün bunlar bəhanədən başqa bir şey deyil. Əminəm ki, dünən penaltilər seriyasında qazaxları məğlub etsəydik, oyundan sonra heç kim “bəxtimiz gətirdi”, yaxud “penaltilər seriyası lotereyadır” deməyəcəkdi... Avropa çempionatında beşinci olmağı nəticə kimi qələmə vermək isə təsəllidən başqa bir şey deyil... Bakıda keçiriləcək Dünya çempionatına 1 il qalmış hazırkı gedişat millimiz üçün yaxşı perspektiv vəd etmir...
İbrahim CƏFƏROV
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- 13-cü turun oyun cədvəli açıqlandı
- Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “Turan” “Mladost”u məğlub etdi
- Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
- Zirədə dramatik oyun
- "Zirə” də xal itirdi, "Qarabağ" da
- “Neftçi” liderliyi ələ keçirdi
- “Qəbələ” və “Zirə” qalib gəldi
- Bekiri: "1 xal qazanmağa layiq idik"
- Kipr - Monteneqro matçında 5 qol
-
18:00
ACF-nin təşkilatçılığı ilə Bakıda kəmər dərəcələri üzrə növbəti rəsmi imtahan keçiriləcək
-
17:47
II Liqada 11 oyunun başlama saatı açıqlandı
-
17:11
Dünya çempionatı: cüdoçularımızın ilk rəqibləri müəyyənləşib
-
16:36
Arda Güler 2032-ci ilin yayına kimi “Real”da
-
15:58
Xuan Mata karyerasını başa vurdu
-
15:29
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
15:05
Millimiz FIFA reytinqində irəlilədi
-
14:43
Şəhid polkovnik Vüqar Yusifovun xatirəsinə həsr olunan güləş turniri keçiriləcək
-
14:12
ABŞ-dən olan legioner Azərbaycan klubunda
-
13:54
Azərbaycanda təmiz idman prinsiplərinin təbliği istiqamətində növbəti tədbir təşkil olunub
-
13:27
Keyn Millətlər Liqasının bombardiri oldu
-
13:00
Ayxan Xəkili Cenevrədə Avropa Atletikasının seminarında iştirak edib
-
12:41
Boksçumuzun erməni rəqibi diskvalifikasiya olunub
-
12:18
“Zirə” və “Qarabağ”ın legionlerləri səfərdə sevindi
-
11:56
Sefas və komandası səfər qolunun qurbanı oldu
-
11:39
“Turan Tovuz”un qapıçısı finalda uduzdu
-
11:03
Kaşuk Gürcüstana qarşı oynadı
-
10:45
U-20 millimiz İraqla bərabərə qaldı VİDEO
-
10:22
Avro-2028: Millimiz 5-ci səbətdə
-
09:54
“Zirə”nin müdafiəçisi millidə zədələndi
-
09:31
Futzal millimizdə xaos: məşqçi inzibatçı maaşı alır
-
09:17
"Qarabağ"ın qapıçısı Rumıniya üzərində qələbəyə sevindi
-
09:00
“Sumqayıt”ın kapitanı “SAFF Championship 2026”da çempion ola bilmədi
-
22:49
Rui Jorje: “Komandanın hazırkı vəziyyəti məni qane edir”
-
21:35
U-20 millisi İraqla heç-heçə etdi
-
21:12
U-19 Farer adalarını 2 qolla üstələdi
-
19:54
Basketbol Liqasında təxirə salınmış oyunların vaxtları açıqlanıb
-
19:00
U-21 Omanı yenə məğlub etdi
-
18:27
“Dinamo”dan çətin qələbə
-
17:41
“Araz-Naxçıvan”ın legioneri zədəsini bərpa edib
-
16:53
Qadın güləşi üzrə yeniyetmələr arasında açıq turnir keçirilib
-
16:38
I Liqada 9-cu turun oyun cədvəli açıqlandı
-
16:16
Azərbaycan futbolunda növbəti biabırçılıq: hakimlər və nümayəndə oyuna gecikdi - ÖZƏL
-
16:09
U-17 millimiz qrupda sonuncu oldu
-
15:25
Faiq Qarayev milli üzvləri ilə görüşüb
-
14:52
"Neftçi"nin məşqçi və futbolçu heyəti üçün seminar FOTOLENT
-
14:34
Dünya çempionu vəfat edib
-
14:17
Dünya çempionatında Azərbaycanı iki şahmatçı təmsil edəcək
-
13:41
Adil Şükürov Gürcüstanda işgüzar səfərdə olub
-
13:00
Gəncədə "Qarabağ"la oyuna böyük maraq
-
12:28
"Bu görüşlər gələcəkdə yeni əməkdaşlıqlar üçün imkanlar yaradacaq”
-
11:53
“Neftçi” Qadınlar Super Liqasında: 5 oyun, 5 qələbə
-
11:36
Almaniya Niderlandı darmadağın etdi VİDEO
-
11:09
Zöhrab Gözəlbəyli Çelenc Kubokunun oyununa təyinat alıb
-
10:45
Verib müsahibə, deyib düşmüşük dibə
-
10:22
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:54
Millimizin qələbəsi VİDEO
-
09:31
“Turan Tovuz”un müdafiəçisi yığmada növbəti oyununa çıxdı
-
09:17
“Sumqayıt”ın oyununun biletləri satışda
-
09:00
“Neftçi”nin legioneri millidə qələbəyə sevindi
18.11.2026
17.11.2026
























