24 May 2026, Bazar günü
“Heyətin güclənməsinə ehtiyac var”
Abbasov “Şamaxı”dan getdi
“Qarabağ” 3 futbolçu ilə vidalaşdı
Qurban Qurbanovdan qələbə şərhi

Ölkə futbolu

Riad Rəfiyev: “Bu komanda, bu şəhər, bu azarkeş avrokuboklara layiq idi”

“Möhtəşəm hisslərdir. Son 5 ildə üçüncü dəfə avrokuboklara vəsiqə qazanırıq”.

Futbolxeber.az saytına açıqlamasında bu sözləri "Sumqayıt”ın prezidenti Riad Rəfiyev deyib.  

O, “Sumqayıt”ın avrokuboklara layiq olduğunu bildirib: “Bu komanda, bu şəhər, bu azarkeş avrokuboklara layiq idi. Özünüz də gördünüz ki, stadionda anşlaq yaşandı. “Sumqayıt”ın avrokuboklara vəsiqə qazanması layiqli nəticədir. Oynadığımız futbolla bunu sübut etdik. Uşaqların hamısını öpürəm, bağrıma basıram”.

R.Rəfiyev qeyd edib ki, futbolçular meydana mükafata görə çıxmayıblar: “Uşaqlar özləri hər şeyi başa düşürdülər. Mövsümün əvvəlindən layiqincə mübarizə apardıq, vuruşduq. Bu gün layiqli yerimizi tutmuşuq və avrokuboklara gedirik”.

Klub rəhbəri “Sumqayıt”ın avrokuboklar öncəsi güclənəcəyini bildirib: “Əlbəttə ki, transferlər olacaq”.

Fərəc ASLANOV

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31