4 Oktyabr 2026, Bazar günü
Milli komandamız Litvaya qarşı
U-20 millimiz Moldovaya uduzdu
“Qarabağ” "Zirə”yə qalib gəldi
“Qəbələ” yaponlara məğlub oldu

Ölkə futbolu

"Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL

Cari mövsüm ümidləri doğrultmayan “Neftçi” ciddi islahatlar ərəfəsindədir.

Futbolxeber.az saytının məlumatına görə, mövsüm başa çatdıqdan sonra “ağ-qaralar” ciddi dəyişikliklərə gedəcək. 

Artıq “Neftçi”də ilk ayrılıq yaşanıb. Söhbət Kommunikasiya departamentinin rəhbəri Aysu İbrahimlidən gedir. Lakin onun gedişi uğursuzluqla bağlı deyil. A.İbrahimli fəaliyyətini AFFA-da davam etdirəcək.

"Neftçi"də həm marketinqə, həm də televiziya və sosial media hesablarına nəzarət edən Aysu İbrahimli bundan sonra assosiasiyanın makrketinq departamentində çalışacaq.

Dünən A.İbrahimli günün ikinci yarısında yeni iş yerində kollektivə təqdim olunub. 

Xatırladaq ki, AFFA-nın hazırkı prezidenti Rövşən Nəcəf daha əvvəl "Neftçi"nin Müşahidə Şurasının sədri olub.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31