2 Oktyabr 2026, Cümə
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Ölkə futbolu

Musa Qurbanlı: “Hamı mənə dəstəkdir”

"Yurqorden"də çıxış edən Azərbaycan millisinin üzvü Musa Qurbanlı İsveçin “Fotboll Sthlm” portalına müsahibə verib.

Futbolxeber.az saytının məlumatına görə, o, məşqçilərlə münasibətinin yaxşı olduğunu deyib: "Heç nə deməsələr, soruşmuram. Bu, onların öz qərarıdır və heç nə izah etməyə borclu deyillər. Məşqçilər nəsə təklif etsələr, bu, bir futbolçu kimi mənim üçün daha yaxşıdır, amma etməsələr, bu da normaldır. Vəziyyətimlə bağlı klubda başqa kiminlə danışmışam? İdman direktoru başda olmaqla, hamı ilə. Hamı mənə dəstəkdir".

M.Qurbanlı “Yurqorden”dəki gələcəyi bağlı növbəti açıqlama verib: "İndi heç nə deyə bilmərəm. Çünki qarşıda hələ çox oyun var. Amma təbii ki, yayda rəhbərliklə bu barədə danışacağıq. İndi müzakirə etsək belə, heç nəyə nail ola bilməyəcəyik. Çünki transfer pəncərəsi bağlıdır".

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31