19 Noyabr 2026, Cümə axşamı
Böyük futbol Xankəndiyə qayıtdı
Millimiz FIFA reytinqində irəlilədi
Avro-2028: Millimiz 5-ci səbətdə
U-20 millisi İraqla heç-heçə etdi

Ölkə futbolu

Sxadadze Azərbaycan çempionatlarının tarixinə düşüb

Kaxaber Sxadadze Azərbaycan çempionatlarının tarixinə yüksək dəstədə üç fərqli klubda çalışan ilk legioner baş məşqçi kimi düşüb.
 
Futbolxeber.az saytının məlumatına görə, 2008-ci ildə “Standard”, 2009-15-ci illərdə “İnter”i (indiki “Şamaxı”) çalışdıran gürcüstanlı mütəxəssis “Qəbələ”də debüt edib.
 
Onun debütü “Qarabağ”la XXIII turdan təxirə salınan matça təsadüf edib. Tsxadadzenin yetirmələri 0:4 hesabı ilə uduzublar.
 
O, 3204 gündən sonra Premyer Liqaya qayıtmaqla bu rekorda imza atıb. Sxadadzenin “İnter”dəki son matçı 2015-ci il mayın 22-də “Qarabağ”a qarşı olub – 2:1.
 
Qeyd edək ki, 4 legioner baş məşqçi Azərbaycan Premyer Liqasında iki fərqli kluba rəhbərlik edib. Bunlar Cüneyt Biçər (“Bakı”, “Xəzər Lənkəran”), Rasim Kara (“Xəzər Lənkəran”, “Qarabağ”), Qyoko Hacıyevski (“Bakı”, “Simurq”) və Kemal Alispahiçdir (“Muğan”, “Rəvan”) (pfl.az).







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30