2 Mart 2026, Bazar ertəsi
“Qarabağ”dan möhtəşəm geridönüş
"Quba"nın futbolçusu mükafatlandırıldı
Şamaxıda və Qəbələdə bərabərlik
Millimizin rəqibləri müəyyənləşdi

Ölkə futbolu

“Qarabağ”a görə bizi qınayanlara demək istəyirəm ki, ağzınızı yumun”

“Qarabağ” ümumilikdə 70 dəqiqə azlıqda oynadı. Afərin. Əlavə vaxtda son dəqiqəyə qədər dayandılar və qol vurdular. Oyunun hesabı unudulacaq, amma Avropa Liqasının 1/8 finalına yüksəlmək tarixdir!"

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın qapıçısı Andrey Lunyovun agenti Anton Smirnov Rusiyanın "RB Sport" nəşrinə müsahibəsində deyib. Avropa Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Braqa" matçı ilə bağlı fikirlərini bildirib Smirnov deyib:

"Onlar hamısı qəhrəmandırlar. Kimisə fərqləndirmək istəmirəm. Mən emosiyalara qərq olmuşam. Klubla fəxr edirəm, Andrey ilə fəxr edirəm. Düzgün seçim etdiyimiz bir daha təsdiqləndi. Lunyovun hara, hansı çempionata, hansı komandaya getdiyini deyənlərə isə cavab vermək istəyirəm ki, ağzınızı yumun və tabloya baxın. Görün, Lunyov “Qarabağ”la harada oynayır”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31