Ölkə futbolu
“Zirə”nin qapıçısı: “Braqa” favoritdir, lakin...”
"Braqa" favoritdir, lakin onlar oyuna peşəkar şəkildə baxmalıdırlar. Asan bir oyun olmayacaq".
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Zirə"nin portuqaliyalı qapıçısı Tiaqo Silva “zerozero.pt” nəşrinə müsahibəsində deyib.
UEFA Avropa Liqasının pley-offunda keçiriləcək "Braqa" - "Qarabağ" oyunu öncəsi ölkəsinin mətbuatına danışan Silva qeyd edib: "Bakıda "Qarabağ"ın yaxşı nəticə əldə etmək şansı daha çoxdur. Çünki "Braqa" yorğun gələcək. Səyahət uzundur. Bilmirəm, birbaşa uçuş olacaq, ya yox. Normalda belə uçuş yoxdur. Ona görə də səfər 9-10 saat çəkir. Braqada isə "Qarabağ"ın qarşısında çətin tapşırıq olacaq. Çünki stadionda ab-hava tamam başqadır. Azərbaycanda o qədər azarkeş olmur".
Tiaqo Silva Bakının çox küləkli olduğunu və buna görə "Braqa"nın çətinlik çəkə biləcəyini də söyləyib: "Son bir neçə gündə hava yaxşılaşıb, lakin hər an küləkli gün gələ bilər. Bu, oyuna çox çətinliklər yaradır. Soyuqlara dözmək olar, amma küləklə çətindir. Bəzən elə külək olur ki, topu irəli vururuq, geri qayıdır. Belə bir gün olarsa, cəlbedici oyun olmayacaq. Amma o vaxta qədər havanın daha yaxşı olacağına inanıram”.
Portuqaliyalı qolkiper "Qarabağ"ın "Braqa" ilə görüşdə qapalı oynayacağını düşünür: “Qarabağ” yerli çempionatda fərqli oyun göstərir. Onlar topla daha çox oynayır, hücumlar təşkil edirlər. Avrokuboklarda isə əks-hücumlarda çox güclüdürlər. Ön xətdə çox sürətli oyunçuları var və manevr etmək üçün yer olsa, bunu edəcəklər. Düşünürəm ki, "Braqa" ilə görüşdə "Bayer"lə matçda olduğu kimi, çox qapalı oynayacaqlar".
Silva "Qarabağ"ın müəyyən çətinliklə üzləşəcəyini də bildirib: “Qarabağ”ın futbolçuları yüksək intensivliyə, sürətli oyuna öyrəşməyiblər. Portuqaliyada çempionatda 30 gərgin oyun olursa, burada belə deyil. “Qarabağ”ın bizə, “Sabah” və “Neftçi”yə qarşı oyunları daha gərgin olur. Digər komandalar isə çox qapalı və ləng oynayır. "Braqa" çox yaxşı hücum xəttinə sahibdir və düşünürəm ki, “Qarabağ”ın müdafiəsi çətin anlar yaşayacaq. Onlar tez-tez təkbətək oynamağa öyrəşməyiblər”.
Silva Ağdam təmsilçisinin "Braqa" ilə matçda yaxşı hazırlaşdığını vurğulayıb: “Qarabağ" yanvar ayından çox motivasiyalı və tam konsentrə olub. Həmin vaxt onlarla yoxlama oyunu keçirdik. Artıq o zaman "Braqa"dan danışırdılar. "Qarabağ" püşkatmanın nəticəsini öyrənəndən bəri bu qarşılaşmaya hazırlaşır. Onlar çox məşq edirlər, yaxşı hazırlaşırlar və siz onları aldada bilməzsiniz”.
Silva Azərbaycanda komandaların mentalitet baxımından bir az zəif olduğunu da qeyd edib: "Mən gələndə ilk oyunumuz “Qarabağ”a qarşı oldu. Yadımdadır, mövsümöncəsi Türkiyədə idik və komandamızda artıq bu rəqibə qalib gəlməyin mümkün olmadığını, "Qarabağ"ın başqa səviyyə olduğunu deyirdilər. Dedim ki, niyə bu mümkün deyil? Onların da bizim kimi iki ayağı və iki qolu var. Hər şey mümkündür. Və ilk matçda qalib gəldik.
“Qarabağ” Azərbaycanda ən yaxşı komandadır və onlara hörmət edilməlidir. Əslində biz düşüncəni bir az dəyişib onlarla baş-başa mübarizə apara bilərik. Onların bizdən üstün olduğunu düşünmürəm, amma imkanları daha çox olduğu üçün stabil oynayırlar. Onlar titul uğrunda mübarizə aparmaq üçün iki heyət formalaşdıra biliblər. Bizim heyətimiz elə deyil".
Silva Azərbaycan və Portuqaliya futbolunu müqayisə edib: “Burada futbol yaxşı, pozitiv və sağlamdır. Düzdür, Portuqaliyadakı qədər rəqabət yoxdur. Sizə bir misal deyim: Bizdə bütün komandalar üçün məşq kompleksi var. Azərbaycanda isə həftə sonu oynayacağın rəqibin yanında məşq edirsən. Klublar arasında yaxşı münasibətlər var. "Qarabağ"ın avrokuboklardakı çıxışı zamanı bütün komandalar onları dəstəkləyir".
“Azərbaycan futbolunun inkişafı üçün nə etmək lazımdır?” sualına isə Silva belə cavab verib: “İnsanları stadionları doldurmaq üçün səfərbər etmək lazımdır. Hələ də azarkeşlər azdır. Futbol yaxşıdır, amma burada daha bir səviyyəyə çatmaq istəyirlərsə, məncə, buna bir neçə il ərzində nail ola bilərlər. Çünki işləmək üçün şərait var, daha çox insanı futbola cəlb etməlidirlər. Stadionlar boşdur. Azarkeşlər ancaq “Qarabağ” və “Neftçi”nin oynadığı matçlara gəlirlər. Amma hətta bu halda da söhbət 2-3 min nəfərdən gedir. Azərbaycanda insanlar boks, MMA və Formula 1-i çox sevirlər. Nəticədə futbolu bir az kənara qoyurlar. Amma vəziyyəti dəyişməyə çalışanlar da var”.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- “Qarabağ”dan fanşopla bağlı yenilik
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- "Gəncə"də görüş
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
-
10:41
“Neftçi”nin legioneri millidə növbəti oyuna çıxdı
-
10:24
İngiltərə millisi Xorvatiyanı top tutdu VİDEO
-
09:52
Dünya çempionatı: 4 cüduçumuz mübarizəyə start verir
-
09:30
"Turan Tovuz" "Fənərbaxça" oyunundan VİDEO
-
09:15
Milli komandamız Litvaya qarşı
-
22:00
“Turan Tovuz” “Fənərbaxça”ya uduzdu
-
20:42
Qurban Qurbanov: “Normal hazırlaşa bilmirik”
-
20:27
U-20 millimiz Moldovaya uduzdu
-
19:53
Rəşad Sadıqov: “Belə uzun fasiləyə öyrəşməmişik”
-
18:39
“Qarabağ” "Zirə”yə qalib gəldi
-
18:06
“Qəbələ” yaponlara məğlub oldu
-
17:43
“Yuventus” heyətini iki yeni futbolçu ilə gücləndirəcək
-
16:25
“Turan Tovuz” və “Fənərbaxça” nümayəndələri Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər FOTOLENT
-
15:51
"Qəbələ" albaniyalı yarımmüdafiəçi transfer etdi
-
15:18
“Mançester Yunayted” ona yeni sözləşmə təklif edəcək
-
14:32
“Komo”nun yarımmüdafiəçisi İngiltərə klublarının hədəfində
-
14:00
“Barselona”da yeni müqavilə
-
12:49
Monteneqro millisi Latviyadan 3 xalla qayıtdı VİDEO
-
12:27
Gimnastlarımız İtaliyada 5 qızıl, 1 gümüş medal qazanıblar
-
11:54
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
-
11:36
“Qarabağ”ın qapıçısı İsveçlə matçı ehtiyatdan izlədi
-
11:13
Millidə Puxaçın xidmətinə ehtiyac duyulmadı
-
10:45
"Neftçi" "Araz-Naxçıvan"dan üstün oldu VİDEO
-
10:21
Beynəlxalq Cüdo Federasiyasının prezidenti “Dostluq” ordeni ilə təltif edildi
-
10:08
Varkonyinin millidə debütu yenə təxirə salındı
-
09:52
Türkiyə millisi Belçikaya da uduzdu VİDEO
-
09:30
Yankoviç oynadı, komandası 3-də 3 etdi
-
22:16
"Qarabağ" məşqlərini davam etdirir FOTOLENT
-
21:27
Boksçularımızın Avropa çempionatındakı ilk rəqibləri bilindi
-
20:41
"Sumqayıt" mövsümə qələbə ilə başladı
-
20:08
Futzal millimizin AÇ-2027-nin əsas mərhələsindəki rəqibləri müəyyənləşib
-
19:35
“Fənərbaxça” Bakıda
-
18:52
Azərbaycan klubu "World Winners Cup Alanya 2026" turnirində iştirak edəcək
-
18:19
Premyer Liqasında ayın ən yaxşısı müəyyənləşdi
-
18:00
Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib
-
17:44
“Neftçi” “Araz-Naxçıvan”ı məğlub etdi
-
17:23
Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
-
16:56
Zədə səbəbindən U-20 millimizin düşərgəsindən ayrıldı
-
16:37
Azərbaycanın 4 taekvondoçusu beynəlxalq turnirdə mübarizə aparacaq
-
16:11
II Liqada 10 oyunun vaxtı açıqlandı
-
15:48
“Səbail” yoxlama oyununda 5 qollu qələbə qazandı
-
15:25
Ayxan Hüseynov: “Bu heç-heçə məğlubiyyətə bərabərdir”
-
15:09
Məşhur rusiyalı futbolçu karyerasını başa vurdu
-
14:52
Üzgüçülərimiz Dünya Kubokunda rekorda imza atıblar
-
14:34
"Kəpəz" U-19 millimizlə heç-heçə etdi
-
14:16
Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq
-
13:40
Respublika stadionunun 75 illiyi münasibətilə yoldaşlıq matçı keçiriləcək
-
13:23
AMADA rəsmisi Avropa Şurasının antidopinq iclasında iştirak edib
-
12:51
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
-
12:17
Füzuli Məmmədov: “Bizim üçün hər qarşılaşma vacibdir”
04.10.2026
03.10.2026
02.10.2026
























