Ölkə futbolu
Stefan Aka: “Zirə” düzgün yoldadır”
“Zirə”nin müdafiəçisi Stefan Akanın Futbolxeber.az saytına müsahibəsi
- Azərbaycan kubokunda yarımfinala yüksəldiniz. “Səbail” üzərində qazanılan 3:0 hesablı qələbəni necə şərh edərdiniz?
- Komanda, rəhbərlik, azarkeşlər adına nəticədən məmnunuq. 3 cavabsız qolla qalib gəlsək də, gərgin məcrada keçən matç oldu. Ən vacib olan növbəti mərhələyə adlamaq idi. Bunu da bacardıq və qazandığımız nəticədən məmnunuq.
- Növbəti mərhələdə “Qəbələ” ilə qarşılaşacaqsınız. Final şansını necə dəyərləndirirsiniz?
- Maraqlı oyun olacaq. “Qəbələ”nin nəyə qadir olduğunu bilirik. Ötən tur onlarla səfərdə qarşılaşdıq. Lakin kubok oyunları fərqli məcrada keçir, çempionat matçlarından fərqlənir. Əlimizdən gələni edəcəyik ki, finala vəsiqə qazanaq və azarkeşlərimizi sevindirək.
- “Zirə”nin kuboku qazanması nə dərəcədə realdır?
- Kubok avrokuboklara yollanmaq üçün ən qısa yoldur. Ona görə hamı kubokda uğur qazanmaq istəyir. Biz də o cümlədən. Lakin indidən final, kuboku qazanmaq barədə danışmaq tezdir. İlk növbədə yarımfinal mərhələsini uğurla adlamalıyıq.
- Son turlar komandanızın çempionatda nəticələri heç də yaxşı deyil. Bu baxımdan düşünmək olar ki, “Zirə” avrokuboklara yollanmaq üçün əsas gücünü kuboka qoyacaq?
- Bayaq da dediyim kimi, kubokdan avrokuboklara yol qısadır. Lakin bu o demək deyil ki, yalnız kuboku düşünməliyik. Hər iki cəbhədə sona kimi mübarizə aparacağıq. Son turlar bir qədər istədiyimiz nəticələri qazana bilməsək də, qarşıda hələ çox oyun var. Çalışacağıq ki, həmin matçlardan üzüağ çıxaq.
- Komandanız çempionatda məhsuldar oyun sərgiləməsə də, kubokda 2 matçda “Səbail”in qapısından 5 qol keçirdiniz. Düşünmək olar ki, artıq “Zirə”nin hücumdakı işləri qaydasına düşür?
- Bəli, razıyam ki, çempionat matçlarında az qol vurmuşuq. Daha çox fərqlənməliyik. Lakin bunu şanssızlıqla bağlayardım. Çünki qol imkanlarımız çox olur, amma yararlana bilmirik. Növbəti matçlara fokuslanıb daha məhsuldar olacağımıza inanıram. Oyun baxımından hər hansı çətinliyimiz yoxdur. Komandamız düzgün yoldadır.
- Premyer Liqanın XXII turunda “Sumqayıt”la qarşılaşacaqsınız. Bu matçdan gözləntiləriniz nədir?
- Hər matçda olduğu kimi, bu dəfə də meydana 3 xal üçün çıxacağıq. Azarkeşlərimiz önündə oynayacağıq və onları qələbə ilə sevindirmək istəyirik. “Sumqayıt” da çox yaxşı komandadır. Hazırda ikinci pillədə qərarlaşıblar. Odur ki, bizi olduqca maraqlı və gərgin görüş gözləyir.
Fərəc ASLANOV
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- “Qarabağ”dan fanşopla bağlı yenilik
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- "Sumqayıt"dan növbəti transfer
-
14:59
Futbol azarkeş üçündür... qeyrisi təfərrüatdır
-
14:23
4 boksçumuz Avropa çempionatına qələbə ilə başladı
-
13:16
Kamilo Duran Kolumbiya millisində debüt etdi
-
12:37
Elçin Məsiyevə UEFA-dan növbəti təyinat
-
11:08
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:41
“Neftçi”nin legioneri millidə növbəti oyuna çıxdı
-
10:24
İngiltərə millisi Xorvatiyanı top tutdu VİDEO
-
09:52
Dünya çempionatı: 4 cüduçumuz mübarizəyə start verir
-
09:30
"Turan Tovuz" "Fənərbaxça" oyunundan VİDEO
-
09:15
Milli komandamız Litvaya qarşı
-
22:00
“Turan Tovuz” “Fənərbaxça”ya uduzdu
-
20:42
Qurban Qurbanov: “Normal hazırlaşa bilmirik”
-
20:27
U-20 millimiz Moldovaya uduzdu
-
19:53
Rəşad Sadıqov: “Belə uzun fasiləyə öyrəşməmişik”
-
18:39
“Qarabağ” "Zirə”yə qalib gəldi
-
18:06
“Qəbələ” yaponlara məğlub oldu
-
17:43
“Yuventus” heyətini iki yeni futbolçu ilə gücləndirəcək
-
16:25
“Turan Tovuz” və “Fənərbaxça” nümayəndələri Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər FOTOLENT
-
15:51
"Qəbələ" albaniyalı yarımmüdafiəçi transfer etdi
-
15:18
“Mançester Yunayted” ona yeni sözləşmə təklif edəcək
-
14:32
“Komo”nun yarımmüdafiəçisi İngiltərə klublarının hədəfində
-
14:00
“Barselona”da yeni müqavilə
-
12:49
Monteneqro millisi Latviyadan 3 xalla qayıtdı VİDEO
-
12:27
Gimnastlarımız İtaliyada 5 qızıl, 1 gümüş medal qazanıblar
-
11:54
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
-
11:36
“Qarabağ”ın qapıçısı İsveçlə matçı ehtiyatdan izlədi
-
11:13
Millidə Puxaçın xidmətinə ehtiyac duyulmadı
-
10:45
"Neftçi" "Araz-Naxçıvan"dan üstün oldu VİDEO
-
10:21
Beynəlxalq Cüdo Federasiyasının prezidenti “Dostluq” ordeni ilə təltif edildi
-
10:08
Varkonyinin millidə debütu yenə təxirə salındı
-
09:52
Türkiyə millisi Belçikaya da uduzdu VİDEO
-
09:30
Yankoviç oynadı, komandası 3-də 3 etdi
-
22:16
"Qarabağ" məşqlərini davam etdirir FOTOLENT
-
21:27
Boksçularımızın Avropa çempionatındakı ilk rəqibləri bilindi
-
20:41
"Sumqayıt" mövsümə qələbə ilə başladı
-
20:08
Futzal millimizin AÇ-2027-nin əsas mərhələsindəki rəqibləri müəyyənləşib
-
19:35
“Fənərbaxça” Bakıda
-
18:52
Azərbaycan klubu "World Winners Cup Alanya 2026" turnirində iştirak edəcək
-
18:19
Premyer Liqasında ayın ən yaxşısı müəyyənləşdi
-
18:00
Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib
-
17:44
“Neftçi” “Araz-Naxçıvan”ı məğlub etdi
-
17:23
Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
-
16:56
Zədə səbəbindən U-20 millimizin düşərgəsindən ayrıldı
-
16:37
Azərbaycanın 4 taekvondoçusu beynəlxalq turnirdə mübarizə aparacaq
-
16:11
II Liqada 10 oyunun vaxtı açıqlandı
-
15:48
“Səbail” yoxlama oyununda 5 qollu qələbə qazandı
-
15:25
Ayxan Hüseynov: “Bu heç-heçə məğlubiyyətə bərabərdir”
-
15:09
Məşhur rusiyalı futbolçu karyerasını başa vurdu
-
14:52
Üzgüçülərimiz Dünya Kubokunda rekorda imza atıblar
-
14:34
"Kəpəz" U-19 millimizlə heç-heçə etdi
04.10.2026
03.10.2026
02.10.2026
























