Ölkə futbolu
Rəşad Sadıqov:" Bu, komanda üçün əlavə motivasiyadır"
"Futbolçularıma təşəkkür edirəm. İlk növbədə Qismətə təşəkkür etmək istəyirəm, ağır günlərində komandanın yanında oldu, oynadı. Bu, komanda üçün əlavə motivasiyadır".
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan kubokunun 1/4 finalının "Səbail"lə cavab matçından sonra mətbuat konfransında deyib.
O, 3:0 hesabı ilə qalib gələrək yarımfinala yüksəldikləri matçın asan keçmədiyini bildirib: "Çox ağır oyun keçdi. Hesaba baxmayaraq, rəqib bizi 90 dəqiqə təzyiq altında saxladı. Böyük əzmkarlıq göstərib, vacib qələbə qazandıq".
Baş məşqçi qeyd edib ki, bir neçə gün əvvəl atası rəhmətə gedfən komandanın kapitanı Qismət Alıyevin oynayacağı planda olmayıb: "Sadəcə ikinci hissənin 60-cı dəqiqəsindən sonra rəqib o cinahda çox aktiv idi. Özü də oynamağa razılıq verdi. Oynadı. Ondan sonra o cinahdakı problemimiz həll edildi".
R.Sadıqov "Sabah"ın hücumçusu Davit Volkovun "Zirə"yə keçəcəyi haqda xəbərə də aydınlıq gətirib: "İki klub arasında danışıq olub. Biz qarşı tərəfdən cavab gözləyirik. Bu gün 12-ə qədər vaxtımız var. İstəyərdik ki, onu heyətimizdə görək".
R.Sadıqov rəqib haqda müsbət fikirlər səsləndirib: "Səbail" elə rəqibdir ki, "Qarabağ"la matçda 5-6 qol epizodu yaradır və qol vurur. O riski gözə alıb, düşündük ki, hücumu biz edək. Qol buraxsaq da, qollar vuraq. "Səbail"lə matçda tam müdafiədən oyun qurmaq mənasızdır. Bu gün çalışırdıq ki, çox qol vuraq".
Baş məşqçi futbolçusu Rəhim Sadıxovun qeydə alınmayan qol epizodu haqda bildirib: "Diqqətlə baxmamışam. Epizoda diqqətlə baxdıqdan sonra fikir bildirirəm. Dinamikada ofsayda oxşatmadım. 6 dəqiqə pauza oldu. Oyun nəzarətimizdə idi. Qol sayılmadısa, rəqibə motivasiyadır. Bu qərarlar tez verilməlidir. Yəqin ki, çətin epizod idi".
Kubokda iki oyunda 5 qol vuran komandanın çalışdırıcısı çempionatda qol vurmaqda çətinlik çəkmələri haqda da danışıb: "Bu mövsüm ilk oyunumuzdu ki, üç top fərqi ilə qalib gəldik. Bundan da qabaq oyunlar olub ki, epizodlarımız çox olub. Futbolçularıma dedim ki, bu gün son vuruşlarda soyuqqanlı idik deyə, fərqli nəticə oldu. Son vuruşları, ötürmələri daha dəqiq etdik deyə, inamlı qələbə qazandıq".
R.Sadıqov "Razısız ki, "Zirə" öz oyununu oynayanda hakimlər də aciz olur" sualını belə cavablandırıb: "Bu oyunlar hamının yaddaşında bizimki kimi qalmır. Bir çox oyunları yaxşı keçirsək də, istədiyimizi əldə etməmişik. Oyun olsa, nəticə gələcək. Təsadüf qələbələrin gələcəyi olmur. Daha inamlı olduqda, daha yaxşı oynadıqda, hakim səhvi də gözə görünmür. Ona da güc lazımdır ki, belə məqamlarda rəqiblərdən ekstra güclü olasan. Biz o gücdə deyilik. 6-7 komanda eyni gücdədir".
Avrokuboklara vəsiqə şansından danışan baş məşqçi hücumçu çatışmazlığının olduğunu da bildirib: "Görünən odur ki, hər iki tərəfdə güclü rəqabət gedir. Yarmfinala çıxdıq, işimiz daha çətindir. Geniş heyətimiz olsa, daha yaxşıdır. İtkilərdən əziyyət çəkirik. 5-6 oyunçudan məhrumuq. Vladislav Kulaç dünən məşqdə zədələndi. Üç il yarımdır komandadayam, amma nominal hücumçu oynada bilmirəm".
Sadıqob kuboku qazanmaq şanslarını da dəyərləndirirub: "Qarşıdakı oyunlara köklənəcəyik. "Araz-Naxçıvan" və "Qəbələ" ilə oyunlarımız gərgin keçib. Hansı yarımfinala çıxsa, hər iki komanda iddialı olacaq. Mərhələnin həlli rəqib meydançasında olacaq. Hazırda məcburuq ki, kuboku kənara buraxıb "Sumqayıt" və "Neftçi" ilə oyunları düşünək".
R.Sadıqov legioner limiti ilə bağlı fikrini də bildirib: "7+4 yaxşı effekt verdi. Bütün klubların keyfiyyəti qalxdı. Əvvəl məcburiyyətdən 19-20 yaşlı oyunçu oynadırdıq. O aradan qalxdıqdan sonra komandanın keyfiyyəti qalxdı. İndi heç bir komandanı digərindən ayırmaq olmur. Bir "Qarabağ" və "Neftçi"ni çıxmaq şərtilə, belədir. Legionerlərimizin sayı artdı, milli üzvləri də oynayır. 8+3 limitini təhlil etmək lazımdır. Yerli futbolçu yoxdur, qıtlıq çəkirik. Üç oyunçumuz var, onu da icarəyə götürmüşük. Təhlil etmək lazımdır ki, nə qədər oyunçumuz var. 8+3 limitinin heç bir zərəri olmayacaq. Çox ciddi şəkildə yerli futbolçu qıtlığı var. Heyəti gücləndirmək üçün əvəzedici heyətdən və ya birinci liqadan oyunçu tapa bilmirsən. 4-5 il əvvəl demişdim ki, 3-4 ildən sonra yerli futbolçularla bağlı ciddi problem yaşayacağıq. Bir neçə oyunçu milliləşdi. Fikir verin, klublarımız nə qədər milliləşmiş oyunçulardan istifadə edir".
Sadıqov yetərincə yerli oyunçulara şans verdiyini, amma bununla güclü rəqiblərlə rəqabət aparmağın çətin olduğunu da qeyd edib: "Azərbaycanda yetişən yerlilərdə rolumuz var. Amma bu gün gənclərə şans versəm, "Neftçi", "Sabah", "Qarabağ"la rəqabət aparmalısan. Tələblər belə olanda, sənin də hədəflərin futbolçu yetişdirmək yox, hazır oyunçu götürüb nəticə verməkdi. Məqsədimiz ortalarda qalmaq olarsa, razıyam. Sizin də məndən gözləntiniz o olsa ki, Rəşad yerli futbolçu qazandırsın, hədəfimi o yöndə qoyaram. İstəyirəm ki, nəticə olsun. Onda da hazır futbolçulara üstünlük verirsən. İsmayıl, Rüstəm "Qarabağ"da oynamır. Fuad Bayramov keçən il ilk dəfə yüksək liqada idi. İlkin Muradov, Hacıağa Hacılının da adını çəkərəm.Ceyhun Nuriyev hazır məhsul idi. Legioner tapmaq çətindir, qalmışdı ki, yerli oyunçu".
"Zirə"nin çalışdırıcısı futbolçularının tez-tez zədələnməsi nə ilə bağlı da danışıb: "Eyni sözü bu dəqiqə danışdım. Cibrilla İssa və Vladislav Kulaç bərpa məşqində zədələnib. Xüsusi yükləmə verməmişik. Rüstəm oyun zamanı zədələndi. O da 4-5 gün dincəldi, meydana 10 dəqiqə idi çıxmışdı, zədələndi. Paxtmanın sıradan bir epizodda çarpaz bağları qopdu. Çantakiası qoruduq, 15-20 dəqiqə oynamasını istədik, zədələndi. Məşqçilərlə danışırıq ki, səbəbi nədir. Ya düzgün hazırlaya bilmirik ki, futbolçular zədələnir, ya da yorğunluq olur".
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Kevin Medina millimizin sabiq üzvü ilə komanda yoldaşı oldu - EKSKLÜZİV
- “Neftçi”nin oyununda dava
- Almaniya DÇ-2026 ilə vidalaşdı
- Adil Şükürov “Sumqayıt”la anlaşdı
- “Fabritsio Romano “Qarabağ”a transferimi paylaşmaqda gecikdi”
- Kanada millisindən tarixi nəticə
- PFL I və II Liqanın başlama tarixini açıqladı
- Bu legioner “Qarabağ”dan gedir – Asiyadan sərfəli təklif alıb - ÖZƏL
- “Şəfa”da xaos: rəhbərliklə baş məşqçi arasında ciddi narazılıq yaranıb
- “Kəpəz”lə razılaşmışdı, “Osiyek”i seçdi
- “Ferentsvaroş”un baş məşqçisi: “Qarabağ” elə intensiv futbol oynadı ki...”
- “Neftçi” növbəti səs-küylü transferə hazırlaşır
- "Qarabağ"ın rəqibi bəlli oldu
- “Turan Tovuz” “Zenit”in sabiq qapıçısını transfer edir - ÖZƏL
- “Qarabağ” milli üzvünün yolunu gözləyir?
-
14:43
Portuqaliya millisini o çalışdıracaq
-
14:00
Azərbaycanın 12 avarçəkəni Gürcüstandakı reqatada iştirak edəcək
-
13:27
Vüsalə Kazımova Millətlər Liqasında FIVB-nin tibbi nümayəndəsi olacaq
-
13:14
Xorvatiya millisinin yeni baş məşqçisi müəyyənləşdi
-
12:58
"Qarabağ"ın "Vestri" üçün heyəti
-
12:36
"Turan Tovuz"da yeni təyinat
-
12:05
Azərbaycanın stolüstü tennisçiləri Avropa çempionatında istirak edəcəklər
-
11:42
AMADA "Antidopinq sahəsində sertifikatlı təlimçilərin hazırlanması" proqramına start verib
-
11:23
Ruan Renato: “Səfər oyunundan öncə yaxşı nəticə əldə etdik”
-
10:59
Azərbaycan millisi Gürcüstana böyük hesabla qalib gəldi
-
10:31
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:17
Azərbaycan UEFA reytinqində neçəncidir?
-
10:00
"Zirə"dən "Torpedo"ya 3 cavabsız qol VİDEO
-
09:44
DÇ-2026-da 1/4 final start götürür
-
09:28
"Qarabağ" Avroliqada mübarizəyə başlayır
-
23:44
Güləşçilərimizdən Avropa çempionatında daha 2 medal
-
22:47
Rəşad Sadıqov: "Bu gün "Torpedo" da qalib gələ bilərdi"
-
22:35
"Sürpriz hazırlamışdıq, amma "Zirə" çox güclü rəqib çıxdı"
-
22:20
Qismət Alıyev: “Avrokuboklar üçün 2 yoldaşlıq oyunu kifayət etmir”
-
21:56
“Zirə” "Torpedo"ya şans tanımadı
-
20:08
Qurban Qurbanov: “Çatışmazlıqlar var, amma zamanla düzələcək”
-
19:13
“Zirə” - “Torpedo”: Heyətlər açıqlandı
-
18:49
Martinez Portuqaliya millisindən getdi
-
18:21
Arbeloa İngiltərə klubunun baş məşqçisi təyin edildi
-
18:07
"Vestri"nin baş məşqçisi: "Qarabağ" bizim üçün ən güclü rəqibdir"
-
17:54
Türkiyə millisinin üzvü "Beşiktaş"da
-
16:32
"Kəpəz" Ehtiram Şahverdiyevlə yolları ayırdı
-
16:15
"İmişli"dən günün 3-cü transferi
-
16:00
Rəşad Nəbiyev Avropa çempionatında uğurlu çıxış edən yeniyetmə cüdoçularla görüşüb
-
15:46
Bakı metrosu "Qarabağ"ın oyununa görə gücləndirilmiş rejimdə işləyəcək
-
15:28
“Araz-Naxçıvan”ın rəqibləri müəyyənləşib
-
15:13
Kəmalə Əsgərova Avropa çempionatının oyunlarına təyinat alıb
-
14:59
FIBA Çempionlar Liqası: Azərbaycan klublarının rəqibləri məlum olub
-
14:31
Blind "Ayaks"a qayıtdı
-
14:04
“Kəpəz”dən ayrılan futbolçu Qırğızıstan klubunda
-
13:47
Azərbaycan parataekvondoçusu Cənubi Koreyadakı turnirdə gümüş medal qazanıb
-
13:22
Qubada "Dağçılıq və Təbiət Turniri - Qrız 2026" təşkil edilib
-
13:00
Kamilo Duran "Seltik"in düşərgəsində
-
12:35
Bəxtiyar Həsənalızadənin yeni klubu müəyyənləşdi
-
12:18
Tarixə düşən qələbə
-
11:46
Azərbaycanı avrokuboklarda 4 voleybol komandası təmsil edəcək
-
11:23
Dünya çempionatlarında 3000-ci qol
-
11:09
Messi Maradonanı geridə qoydu
-
10:51
Fərid Nəbiyev "İmişli"də
-
10:34
İsveçrə penaltilərdə sevindi VİDEO
-
10:17
DÇ-2026: 1/4 finalın bütün cütləri
-
10:02
Argentinadan geridönüş VİDEO
-
09:45
Güləşçimiz erməniyə qalib gəlib Avropa çempionu oldu
-
21:54
ÇL: “Sabah” qələbə ilə başladı
-
20:06
"Sumqayıt" yeni mövsümün hazırlığına başladı VİDEO
09.07.2026
08.07.2026
07.07.2026























