9 Noyabr 2025, Bazar günü
Millimiz mübarizəni dayandırdı
Elmar Baxşıyevdən qələbə şərhi
Sxadadze azarkeşlərdən üzr istədi
Saşa İliç qələbəni şərh etdi

Ölkə futbolu

Qurban Qurbanov 500-ə çatdı

Qurban Qurbanov baş məşqçi kimi Azərbaycan çempionatlarında 500-cü oyununu keçirib.

Futbolxeber.az-ın Peşəkar Futbol Liqasının saytına istinadən verdiyi məlumata görə, “Qarabağ”ın baş məşqçisinin yubileyi Azərbaycan Premyer Liqasının 18-ci turuna təsadüf edib.

Ağdam klubu səfərdə “Zirə” ilə görüşüb. 51 yaşlı mütəxəssisin komandası 500-cü qarşılaşmada 1:0 hesabı ilə qalib gəlib.

O, karyerası ərzində iki kluba - “Neftçi” və “Qarabağ”a rəhbərlik edib. Onun komandaları 500 görüşdə 312 qələbə qazanıb, 117 heç-heçə edib və 71 dəfə uduzublar.

Qurbanov Premyer Liqadakı oyun sayında mütləq rekordçudur. İkinci sırada olan Qəhrəman Əliyevin hesabında 381 matç var.

Qeyd edək ki, mütəxəssisin debütü 2006/07 mövsümündə gerçəkləşib. 2006-cı il avqustun 6-da Qurbanovun baş məşqçisi olduğu “Neftçi” “Gənclərbirliyi”ni 6:1 hesabı ilə məğlub edib.

 

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30