12 Mart 2026, Cümə axşamı
İran DÇ-2026-da iştirak etməyəcək
Berdıyevin cəzası azaldıldı
Millimizdə portuqaliyalı baş məşqçi
“Sumqayıt”ın dərdi nədir? - QEYD

Ölkə futbolu

Alaba millimizə qarşı oynamaya bilər

Avstriya millisinin futbolçusu David Alaba Azərbaycana qarşı keçirəcəkləri AVRO-2024-ün seçmə mərhələ oyununu buraxa bilər.
 
Futbolxeber.az saytının məlumatına görə, "Real"da çıxış edən 31 yaşlı müdafiəçi İspaniya La Liqasının VII turunda "Las Palmas"a 2:0 hesabı ilə qalib gəldikləri matçda zədələnib.
 
Görüşdən sonra paytaxt təmsilçisinin baş məşqçisi Karlo Ançelotti Alabanın sentyabrın 30-da, VIII turda "Jirona" ilə qarşılaşmada iştirak etməyəcəyini söyləyib.
 
Onun sonrakı durumu tibbi müayinələrdən sonra müəyyənləşəcək.
 
Qeyd edək ki, oktyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq Azərbaycan - Avstriya görüşü saat 20:00-da başlayacaq. Daha əvvəl Marko Arnautoviçin bu matçı buraxacağı dəqiqləşib.
 
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31