14 Avqust 2026, Cümə
“Tvente” “Qarabağ”a rəqib oldu
“Qarabağ” pley-offa yüksəldi
Ronaldo daha 2 il “Sumqayıt”da
"Sumqayıt"dan növbəti transfer

Ölkə futbolu

Avrokubokların təsnifat mərhələlərində VAR-dan istifadə olunacaq

UEFA bu mövsüm avrokubokların təsnifat mərhələlərində Video Köməkçi Hakimdən (VAR) istifadə edəcək.
 
Futbolxeber.az saytının məlumatına görə, Avropa Liqasının III təsnifat və Konfrans Liqasının pley-off mərhələsindən texnologiyanın köməyinə ehtiyac duyulacaq.
 
VAR-ın adıçəkilən turnirlərin qrup mərhələsində də tətbiq ediləcəyini nəzərə alsaq, sistemin əhatə etdiyi Avropa Liqası oyunlarının sayı 26 faiz (36 oyun), Konfrans Liqasında isə 311 faiz (140 oyun) artacaq.
 
Həmçinin, ilk dəfə olaraq Çempionlar Liqasının bütün seçmə mərhələlərində VAR-dan istifadə olunur. 2022/2023 mövsümü ilə müqayisədə bu dəfə qitənin ən nüfuzlu klub turnirində referilər 63 oyun çox texnoligiyadan yararlanacaqlar.
 
Qərara əsasən, 2024/2025 mövsümündən etibarən VAR Avropa Liqasının I təsnifat mərhələsindən tətbiq olunacaq.
 
Bu sistemdən Konfrans Liqasının pley-off mərhələsindən əvvəl də istifadə olunması istisna edilmir.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31