21 May 2026, Cümə axşamı
"Neftçi" ölkə kubokunun qalibi oldu
İnfantino "Sabah"ı təbrik edib
XXXIII turun hakim təyinatları
“Qarabağ”ın çəkisi çox ağırdır”

Ölkə futbolu

Samir Abasov: “Hansı ağır şəraitdə oynadıqlarını mən bilirəm”

"Uzun müddətdən sonra ilk oyunumuz idi. Ağır yükləmələrdən sonra matçın çətin keçəcəyini bilirdik. Amma futbolçularımdakı əzmkarlıq xoşuma gəldi. Bir qol fərqi ilə məğlub olsaq da, sona qədər mübarizə apardılar, oyun intizamına sadiq qaldılar. Onların hansı ağır şəraitdə oynadıqlarını mən bilirəm. Yüksəklik, temperatur fərqi, ağır fiziki məşqlərdən sonra yenə də onlardan istədiklərimi ala bilməyim məni sevindirdi".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Samir Abasov Türkiyənin Ərzurum şəhərində Superliqa təmsilçisi "Sivasspor"a 0:1 hesabı ilə uduzduqları oyun barədə klubun mətbuat xidmətinə danışarkən deyib.

"Yeni transferlərimiz bizə burada qoşuldular, komanda ilə cəmi 5-6 məşqə çıxıblar, bununla belə, ümumi ansambldan kənarda qalmamağa, mümkün qədər verilən tapşırıqları icra etməyə çalışdılar. Aydın məsələdir ki, tam olaraq hər şeyi yerində etmək üçün müəyyən qədər vaxta ehtiyac var. Bununla belə, istər Erik Sorqa, istər Roi Kahat, istərsə də İsa Suliman ümumi taktiki planda özlərini yaxşı tərəfdən göstərə bildilər. Ümumi təəssüratlarım yaxşıdır, məşqlərə davam edirik, daha yaxşı olacağıq", - deyə o bildirib.

 

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31