3 Noyabr 2025, Bazar ertəsi
Saşa İliç qələbəni şərh etdi
Berdıyev: “Qələbəyə layiq idik”
161 gün sonra yenidən Tovuzda
“Lans”ın yetirməsi “Sumqayıt”da

Ölkə futbolu

"Qəbələ" qələbəni əldən verdi

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Qəbələ” bu gün növbəti yoxlama oyununu keçirib.

Futbolxeber.az saytının məlumatına görə, “Qırmızı-qaralar” hazırlıq prosesinin 5-ci günündə Rusiyanın “Orenburq” klubu ilə qarşılaşıb.

“Fənərbaxça” Sərkan Acar Topuk Yaylası bazasında baş tutan qarşılaşma heç-heçə yekunlaşıb. İkinci hissədə təmsilçimiz hesabda önə keçsə də, rəqib yenilgidən qaçmağı bacarıb.

Rusiyanın eyniadlı şəhərini təmsil edən “Orenburq” tarixi ərzində müxtəlif liqalarda çıxış edib və 2022-ci ildə Premyer Liqaya qayıdıb. Orenburqlular ötən mövsümü 7-ci yerdə başa vurublar.

Xatırladaq ki, “Qəbələ” Boluda keçirdiyi ilk matçda Moldova təmsilçisi “Sukleya”ya 4:2 hesabı ilə qalib gəlib.

Yoxlama oyunu

15 iyul

“Qəbələ” (Azərbaycan) - “Orenburq” (Rusiya) - 1:1

Qol: Ülvi İsgəndərov, 50 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30