2 Noyabr 2025, Bazar günü
"Qarabağ" "İmişli"yə qalib gəldi
X turun hakim təyinatları açıqlandı
Millimiz Banqladeşə gedir
"Kəpəz" 10 min manat cərimələndi

Ölkə futbolu

Azərbaycan kubokunun yarımfinalında məhsuldarlıq rekordu

Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunlarında 6 qol vurulub.

Futbolxeber.az saytının məlumatına görə, “Qəbələ” “Səbail”i 3:2, “Turan Tovuz” “Neftçi”ni 1:0 hesabı ilə məğlub edib.

Bu, 1/2 finalın ilk oyunları üçün son 14 mövsümün rekordunun təkrarıdır. Bu müddətdə daha iki dəfə (2015/16 və 2016/17) eyni sayda qol vurulub. Daha çox topun qeydə alınmasına sonuncu dəfə 2008/09 mövsümündə təsadüf olunub. Həmin vaxt ilk qarşılaşmalarda komandalar 8 dəfə fərqlənib.  “Qarabağ” səfərdə “Bakı”nı 2:1, “İnter” evdə “Qəbələ”ni 5:0 hesabı ilə üstələyib.

Yarımfinalın ilk oyunları üçün mütləq rekord 1994/95 mövsümünə məxsusdur. Həmin matçlarda 9 qol qeydə alınıb (pfl.az).

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30