Ölkə futbolu
Qurban Qurbanov: "Xal itirməkdən yox, futbolçuların inamsızlığından narahatam"
"Futbolçuları təbrik edirəm, yaxşı oyun göstərdilər və vacib qələbə qazandıq".
Futbolxeber.az saytının məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səfərdə "Zirə"yə 3:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XX tur oyunundan sonra mətbuat konfransında deyib.
50 yaşlı mütəxəssis rəqibin yorğunluğundan istifadə etdiklərini söyləyib: "Zirə" ötən tur "Qəbələ" ilə iki günlük matç keçirdi. Buna baxmayaraq çox yaxşı komandaya qalib gəldik. Hər iki kollektivə uğurlar arzulayıram".
Qurbanov futbolçularda arxayınlığın olmamasını istəyib: "Xal itirməkdən yox, futbolçuların inamsızlığından narahatam. Məğlubiyyət və xal itkisi oyunçulara inamsızlıq verə bilər. Futbolçular zaman keçdikcə daha da peşəkar olurlar. İl ərzində komandanı eyni səviyyədə saxlamaq çətindir. Müəyyən bir dövr olur ki, komanda formadan uzaq düşür".
Təcrübəli baş məşqçi milli komandaların oyunları ilə əlaqədar yaranmış fasiləyə də toxunub: "Çempionatın sonunadək məni ən çox narahat edən məqamlardan biri budur. Heyətdə yalnız 5 legioner qalacaq. Bu, məni narahat edir. Futbolçuların ayrı-ayrı millilərə getməsi bir tərəfdən sevindiricidir, digər tərəfdən bizə zərbədir. Ümid edirəm ki, zədələr olmayacaq. Buna görə böyük narahatlığım var. Bu gün demək olar ki, komandadan hamını yığmalara dəvət ediblər. Başqa tələblər altında məşq etmələri onları buradakı idman formalarından uzaqlaşdırır. Buna görə də narahatam. Məşq prosesini necə aparacağımızın yolunu tapacağıq. Amma keyfiyyət itirəcəyik. Bunu yoluna qoymaq üçün çalışacağıq".
Mütəxəsssis hücumçu Rüstəm Əhmədzadənin az oynamasına da aydınlıq gətirib: "Rüstəmdə bir az problemlər oldu. Biz hazırlığa başlayanda koronavirusa yoluxmuşdu və xəstəliyi ağır keçirdi. Bu gün onun idman formasından razı deyiləm. Özünə gəlməyə başlayanda zədələndi və bir həftə məşq edə bilmədi. Böyük potensialı var, sadəcə, yaxşı məşq proqramı lazımdır. Ukraynada olan olaylar da ona təsir edib və bu səbəbdən çox pis olmuşdu. Hazırda özünə gəlməyə başlayır. Uyğunlaşması üçün vaxt lazımdır. Daha yaxşı olması üçün çalışacağıq. Mən özüm də onunla danışdım. Ailəsinin bir hissəsi rahat yerdə idi, digərləri Kiyevdə qalırdı. Müəyyən müddət sonra hər şey qaydasına düşdü. Onları buraya gətirmək problem idi. Belə halların yaşanması heç kim üçün xoş deyil. Futbolçunu nə qədər motivasiya etsək də, fikri ordadır. Ümid edirəm ki. müharibə tez bir zamanda bitər".
Qurbanov qapıçı Şahrudin Məhəmmədəliyevin və müdafiəçi Bədavi Hüseynov sıraya dönməsinə də toxunub: "Məşq prosesi oyundan daha vacibdir. Orada istədiyim tələbləri yerinə yetirmirlərsə, oyunda düşündüklərimi edə bilmərəm. Futbolçularımın hazır olması məşq keyfiyyətini yaxşılaşdırır və oyunçuların ustalığını artırır. Bütün futbolçulara oynamaq imkanı yaradırıq. Onların sağlam olması digər oyunçuların səviyyəsini qaldırmağa kömək edir".
Baş məşqçi bütün komandaların onlara rəqib olduğunu sözlərinə əlavə edib: "Bu gün 3:0 hesabı ilə qalib gəlsək də, meydanda mübarizə, sürət var idi. “Sabah”la qarşılaşma da çətin keçmişdi. Bir azərbaycanlı olaraq hər bir komandanın yaxşı səviyyəyə gəlməsinə sevinirəm. Son zamanlar 5-6 komandada məşqçilərin öz düşüncəsi görünür. Bunlara sevinirəm. Məqsədimiz bütün rəqiblərə qarşı ən yaxşı səviyyədə hazır olmaqdır. Daha çox özümüzü düşünürük, nəinki rəqibləri".
Mütəxəssis bəzi oyunçularla maraqlandıqlarını etiraf edib: "Mətbuatda bəzən çox xəbərlər yayılır. İndi elə bir klub yoxdur ki, hər hansısa futbolçu ilə maraqlanmasın. Bu, bizə də aiddir. Tez-tez hansı ölkələrdə hansı oyunçuların bizə uyğun olduğu ilə maraqlanırıq, bütün mövqelərə oyunçu axtarırır. Çünki düşünmədiyimiz problemlərlə üzləşirik. Ona görə də bütün mövqelər üzrə oyunçulara baxırıq, xəbər göndərir, maraqlanırıq. Bu, işimizin bir hissəsidir. Ancaq tam olaraq oyunçu adı çəkə bilmərəm. Bəzən şişirdilmiş xəbərlər də yazılır".
Qurbanov son olaraq Abdullah Zubirin qardaşı Tarek Zubirin "Zaqatala" klubuna keçməsi haqqında danışıb: "Bunun psixoloji tərəfdən Abdullah Zubirə faydası olacaq. Onun rolunun olduğuna yox deyə bilmərəm. Təklif edib. Zuriblə 2,5 illik müqaviləmiz var. Azərbaycan mentalitetinə, oyun üslubumuza uyğun futbolçudur. Belə hallara sevinirəm".
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Gəncə"də görüş
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
-
18:47
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib FOTOLENT
-
18:12
Azərbaycan klubunda yeni məşqçi təyinatı
-
17:29
Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib
-
17:00
"Sumqayıt" qarşıdakı iki ev oyununu "SOCAR Polymer Arena"da keçirəcək
-
16:46
Tofiq Əliyev Böyük Britaniyada iki qızıl medal qazanıb
-
16:18
Masallıda güləş üzrə Lənkəran-Astara regionunun açıq turniri keçirilib
-
15:54
DÇ: Cüdoçularımız günü medalsız başa vurdular
-
15:37
İnfantino Monqolustanda: Ölkə prezidenti ilə görüşdə Elxan Məmmədov da iştirak etdi FOTOLENT
-
15:01
Bakıda keçiriləcək ilk FIFA U-15 dünya çempionatı və festivalına hazırlıq işləri davam edir
-
14:45
“Sumqayıt”ın üzvləri ekoloji layihədə iştirak ediblər FOTOLENT
-
14:23
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
-
13:59
Azərbaycanlı hakimə UEFA-dan təyinat
-
13:32
Ukrayna klubunun baş məşqçisi: “Renat Dadaşov əsl hücumçudur”
-
13:16
İrina Zaretska Avstriyada qızıl medal qazanıb
-
13:00
Maqsud Fərzullayev: "Formula 1"dən sonra yolların mümkün qədər tez bərpa olunmasına çalışırıq"
-
12:28
Daha 3 boksçumuz Avropa çempionatında mərhələ adladı
-
12:04
"Formula 1" üzrə Azərbaycan Qran-prisinə 120-dən çox ölkədən azarkeş gəlib
-
11:47
Anastasiya Abramovanı “Tümen”i “Gəncə”yə dəyişdi
-
11:15
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:41
III Beynəlxalq Xankəndi Ultramarafonunda beş ölkədən 100 atletin iştirakı gözlənilir
-
10:29
Mahir Məmmədov FIDE prezidenti ilə görüşüb
-
10:13
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
09:52
Edqar U-21 yığmasına qoşuldu
-
09:30
Dünya çempionatı: Daha dörd cüdoçusu mübarizəyə başlayır
-
21:14
Dünya çempionumuz: “Çox xoşbəxtəm, sevincimin həddi-hüdudu yoxdur”
-
20:26
Azərbaycanın batut gimnastları Dünya Kubokunda bürünc medal qazanıblar
-
19:41
“Dinamo” “Ağdaş”ı darmadağın etdi
-
19:08
Cüdoçumuz dünya çempionu oldu!
-
18:57
Millimiz Litvanı tək qolla məğlub etdi
-
18:12
U-17-dən növbəti biabırçı məğlubiyyət
-
17:30
“Neftçi” “Jalgiris-Vilnüs”ə qalib gəldi
-
16:45
Rui Jorje: “Daha keyfiyyətli oynamalıyıq”
-
14:59
Futbol azarkeş üçündür... qeyrisi təfərrüatdır
-
14:23
4 boksçumuz Avropa çempionatına qələbə ilə başladı
-
13:16
Kamilo Duran Kolumbiya millisində debüt etdi
-
12:37
Elçin Məsiyevə UEFA-dan növbəti təyinat
-
11:08
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:41
“Neftçi”nin legioneri millidə növbəti oyuna çıxdı
-
10:24
İngiltərə millisi Xorvatiyanı top tutdu VİDEO
-
09:52
Dünya çempionatı: 4 cüduçumuz mübarizəyə start verir
-
09:30
"Turan Tovuz" "Fənərbaxça" oyunundan VİDEO
-
22:00
“Turan Tovuz” “Fənərbaxça”ya uduzdu
-
20:42
Qurban Qurbanov: “Normal hazırlaşa bilmirik”
-
20:27
U-20 millimiz Moldovaya uduzdu
-
19:53
Rəşad Sadıqov: “Belə uzun fasiləyə öyrəşməmişik”
-
18:39
“Qarabağ” "Zirə”yə qalib gəldi
-
18:06
“Qəbələ” yaponlara məğlub oldu
-
17:43
“Yuventus” heyətini iki yeni futbolçu ilə gücləndirəcək
-
16:25
“Turan Tovuz” və “Fənərbaxça” nümayəndələri Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər FOTOLENT
-
15:51
"Qəbələ" albaniyalı yarımmüdafiəçi transfer etdi
05.10.2026
04.10.2026
03.10.2026
























