5 Oktyabr 2026, Bazar ertəsi
Millimiz Litvanı tək qolla məğlub etdi
U-20 millimiz Moldovaya uduzdu
“Qarabağ” "Zirə”yə qalib gəldi
“Qəbələ” yaponlara məğlub oldu

Ölkə futbolu

Murad Musayev: “Çox çətin oyun oldu”

“Çox çətin oyun oldu. Görüş bizim nəzarətimiz altında idi. Bu gün uzun müddət qol vura bilmədik, rəqibin çox yaxşı fürsəti oldu. İkinci hissə məni daha çox məmnun etdi. Qol vurmaqda problemlərimiz var. Buna baxmayaraq, istədiklərimizi həyata keçirərək, qələbə qazana bildik”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Sabah”ın baş məşqçisi Murad Musayev Azərbaycan Premyer Liqasının 20-ci turunda “Səbail”ə 1:0 hesabı qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

O, futbolçularda arxayınlıq olması fikri ilə razılaşmayıb: “Rəqibi dəyərləndirməmək söhbəti yox idi. Sadəcə, “Səbail” oyunun gedişatını ləngidən komandadır. Rəqibə qarşı ciddi yanaşmışdıq”.

Musayev qapıçı Yusif İmanovun debüt etməsinə də münasibət bildirib: "Məşqçilər heyəti ilə belə qərara gəldik ki, ona şans verək. İmanov bundan çox yaxşı istifadə etdi. Oyunun qırılma nöqtəsi onun qurtarışı oldu. Onu və gənc müdafiəçi Hiqor Qabrieli təbrik edirəm".

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31