5 Oktyabr 2026, Bazar ertəsi
Millimiz Litvanı tək qolla məğlub etdi
U-20 millimiz Moldovaya uduzdu
“Qarabağ” "Zirə”yə qalib gəldi
“Qəbələ” yaponlara məğlub oldu

Ölkə futbolu

"Vilyarreal"ın hücumçusu "Qarabağ"a qarşı oynamayacaq?

Avropa Liqasının qrup mərhələsinin sonuncu - 6-cı turunda “Qarabağ”la qarşılaşacaq "Vilyarreal” itki ilə üzləşib.

Futbolxeber.az saytının məlumatına görə, hücumçu Pako Alkaser sıradan çıxıb.

İspaniyalı forvard La Liqanın 12-ci turunda dünən “Elçe” ilə keçirilən qarşılaşmada (0:0) zədələnib. Fasilədən sonra meydana daxil olan 27 yaşlı oyunçu 78-ci dəqiqədə əzələsində ağrılar hiss edərək əvəzlənib.

Matçdan sonra baş məşqçi Unay Emeri Alkaserin əvvəlki zədəsinin təzələndiyini deyib. Onun nə vaxt sıraya dönəcəyi hələlik bəlli deyil.

Xatırladaq ki, təcrübəli hücumçu "Qarabağ"la ilk oyunda (3:1) dubl edib.

Qeyd edək ki, “Vilyarreal” - “Qarabağ” oyunu dekabrın 10-da keçiriləcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31