25 Yanvar 2025, Şənbə
Rəşad Sadıqovdan qələbə şərhi
"Zirə" "Şamaxı"nı məğlub etdi
Cici Bekali: “Qarabağ” bizi əzdi...”
"Qarabağ" FCSB-ya məğlub oldu

Ölkə futbolu

Jurnalistlər Premyer Liqamızın oyunlarına buraxılacaqmı?

Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar Azərbaycan Premyer Liqası, Azərbaycan I Divizionu və Azərbaycan Kuboku yarışlarına verilən müvəqqəti fasilə mayda başa çatacaq.

Hələ bir neçə gün əvvəl mayın 21-də I Divizionun, mayın 23-də isə Premyer Liqanın bərpa olunması nəzərdə tutulduğu bəyan edildi.

Yayılan açıqlamada o da vurğulandı ki, Premyer Liqa, I Divizion və Azərbaycan Kubokunun oyunları azarkeşsiz keçiriləcək. Bəs jurnalistlər necə, oyunlara buraxılacaqmı?

Peşəkar Futbol Liqasının İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev Futbolxeber.az saytının bu məsələ ilə bağlı sualını belə cavablandırdı:

“İndidən bu haqda dəqiq fikir bildirmək olmaz. Bu məsələyə mayın 4-dən sonra aydınlıq gələcək. Lakin hazırkı duruma görə deyə bilərəm ki, çox güman jurnalistlərin oyunları izləməsində problem olmayacaq”.

 

 





< br/>
Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31