Ölkə futbolu
Əsgər Abdullayev “Araz-Naxçıvan”ın baş məşqçisi təyin edildi
Naxçıvan Muxtar Respublika Stadionunun inzibati binasında Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının iclası keçirilib.
Futbolxeber.az saytının məlumatına görə, iclasda Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi Aparatının əməkdaşları, rayon, şəhər gənclər və idman idarələrinin rəisləri və Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının məşqçi müəllimləri iştirak ediblər.
İclasın gündəliyində duran məsələlər isə Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının sədr müavinin, Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının böyük məşqçisinin, Araz-Naxçıvan Peşəkar Futbol Klubunun baş məşqçisinin, Futbol Federasiyasının lisenziyalaşdırma departamenti, marketinq və reklamlar departamenti, beynəlxalq əlaqələr departementinin, inzibati təsərrüfat departamentinin direktorlarının, informasiya və ictimaiyyətlə əlaqələr departementinin direktorunun seçilməsi və Futbol Federasiyasının İcraiyyə Komitəsinin tərkibinin müəyyən edilməsi olub.
Gündəlikdə duran məsələlərlə bağlı çıxış edən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri, Futbol Federasiyasının sədri Azad Cabbarov bildirib ki, muxtar respublikanın bütün sahələrində olduğu kimi, idman sahəsində də mühüm işlər görülür. Uşaq, yeniyetmə və gənclərin sağlam fərd kimi formalaşması, onların peşəkar idmançı kimi yetişməsi üçün Naxçıvanda müasir standartlara cavab verən idman zalları, Olimpiya İdman kompleksləri, mini stadionlar, eləcə də böyük meydançalar tikilərək əhalinin istifadəsinə verilib. Maddi-texniki baza təkcə şəhər və rayonlarda yox, eyni zamanda kəndlərimizdə yaradılıb. Bunun nəticəsidir ki, idmançılarımız çıxış etdikləri beynəlxalq turnirlərdə böyük uğurlara imza atmaqla yanaşı, ildən-ilə daha çox medal qazanırlar.
Azad Cabbarov vurğulayıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən Futbol Federasiyasının strukturunda dəyişiklik edilib. Muxtar respublikada futbolun inkişafı, kütləvi hal alması üçün artıq federasiya qarşıdakı 5 il ərzində görəcəyi işlərlə bağlı proqram hazırlayıb. Proqrama əsasən, ilk olaraq federasiyanın qarşısında duran əsas məsələ uşaq futbolu ilə bağlıdır. Bunun üçün artıq müəyyən qərarlar qəbul olunub və cari mövsümdən başlayaraq uşaq liqaları təşkil olunacaq. Bu, proqrama uyğun olaraq 5 il davam edəcək və alt yaş qruplarında yetişən futbolçular əsas komandaya cəlb olunacaqlar. Həmçinin, cari ildən başlayaraq, əsas liqanın səviyyəsini artırmaq üçün müəyyənləşdirilmiş yaş limitləri tətbiq olunacaq, hakimlər, məşqçilər üçün seminarlar təşkil ediləcəkdir. Federasiya olaraq eyni zamanda kəndlərin həvəskar komandaları arasında çempionat oyunları, futzal üzrə dövlət və özəl təşkilatlar, könüllü komandalar arasında “Naxçıvan kuboku-95” turniri, futzal üzrə muxtar respublika birinciliyi və məktəblilər arasında futbol çempionatı keçiriləcəkdir. Bu yarışlar hər il mütəmadi olaraq davam etdiriləcək. Keçirilən yarışlarla bağlı hər həftə və hər ay geniş məlumatlar hazırlanacaq və bunlar iclaslarda müzakirə olunacaq.
"Eyni zamanda gündəlikdə duran məsələlərə əsasən federasiyanın yeni tərkibi müəyyən olunacaq” - deyən Azad Cabbarov struktur dəyişikliyindən sonra yeni təyinatların adlarını açıqlayıb. Belə ki, Sakit Rzayev federasiyanın sədr müavini, Əsgər Abdullayev Futbol Federasiyasında böyük məşqçi, eyni zamanda “Araz-Naxçıvan” Peşəkar Futbol Klubunun baş məşqçisi, Ceyhun Məmmədov Futbol Federasiyasının lisenziyalaşdırma, marketinq və reklamlar, beynəlxalq əlaqələr departementlərinin direktoru, İbrahim Rzayev federasiyanın inzibati təsərrüfat departamentinin direktoru, Emil Səmədov isə informasiya və ictimaiyyətlə əlaqələr departementinin direktoru vəzifəsinə təyin olunublar.
İclasda Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının İcraiyyə Komitəsinin tərkibi də aşağıdakı kimi müəyyən edilib.
Yeni təyinat alanlar yaradılan şəraitə görə minnətdarlıqlarını bildirərək muxtar respublikada futbolun inkişafı üçün səylə çalışacaqlarının əminliyini vurğulayıblar.
Futbol Federasiyasının böyük məşqçisi, həmçinin “Araz-Naxçıvan” komandasının baş məşqçisi Əsgər Abdullayev çıxış edərək muxtar respublika rəhbərinə ona ikinci dəfə etimat göstərdiyinə görə minnətdarlığını bildirib. Vurğulayıb ki, bu gün muxtar respublikada futbolun inkiafı üçün hər bir imkan var - yeni stadionlar tikilib, bəziləri isə yenidən bərpa olunaraq futbolçuların ixtiyarına verilib. İndi əsas məsələ bunlardan səmərəli istifadə etmək, futbolçu nəsli yetişdirməkdir. Məlumdur ki, Naxçıvanın zəngin və qədim futbol ənənələri var. Bir zamanlar bura istedadlı, təcrübəli futbolçular yetişdirib. Həmçinin 5 il bundan qabaq “Araz-Naxçıvan” komandası Birinci Divizionun qalibi olub. Deməli, yeniyetmə və gənclərin futbola marağı var və biz bu yolda onlara kömək etməli, düzgün istiqamət verməliyik. Bunun üçün hamımız birlik olub bizə göstərilən etimadı doğrulmalıyıq. Bunu təkcə böyüklərə yox, uşaqlar da şamil edirəm. Keçiriləcək müəyyən yaş qrupları üzrə liqalarda istedadlı uşaqları üzə çıxarıb onlarla individual şəkildə də çalışmaq lazımdır. Artıq bizim də planlarımız var və buna əsasən hər həftə digər şəhər və rayon komandalarının məşqlərində iştirak edəcəyik. Həmçinin onları əsas komandanın məşqlərinə çağıracaq, seminarlar təşkil edəcəyik. Çalışacağıq ki, qarşıdakı mövsümün sonunda işimizin bəhrəsini görək.
Futbol Federasiyasının sədri Azad Cabbarov isə çıxış edərək qeyd edib ki, hər bir məşqçi Əsgər Abdullayevin təcrübəsindən istifadə etməlidir. Biz federasiya olaraq məşqçilər üçün hər ay seminarlar, kurslar təşkil edəcəyik. Burada Azərbaycanın tanınmış məşqçiləri də iştirak edəcək. Həmçinin məşqçilərimiz Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən təşkil olunacaq kurslara göndəriləcək. Futbolun kütləvi hal alması üçün artıq ölkə futbol federasiyası ilə də danışıqlarımız olub və birlikdə böyük uğurlara imza atacağımıza əminəm.
Sonra məşqçilərin fikirləri dinlənilib, müzakirələr aparılıb.
Çıxışlardan sonra Əsgər Abdullayevlə 1+1 illik müqavilə imzalanıb. Baş məşqçi göstərilən etimada görə bir daha minnətdarlığını bildirib.
Sonda çıxış edən Futbol Federasiyasının sədri muxtar respublikada idmana və idmançılara göstərilən diqqət və qayğıya görə Ali Məclisin Sədrinə minnətdarlıq edərək qeyd edib ki, federasiya bundan sonrakı fəaliyyətini günün tələbləri səviyyəsində quracaq.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- “Qarabağ”dan fanşopla bağlı yenilik
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- "Gəncə"də görüş
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
-
11:08
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:41
“Neftçi”nin legioneri millidə növbəti oyuna çıxdı
-
10:24
İngiltərə millisi Xorvatiyanı top tutdu VİDEO
-
09:52
Dünya çempionatı: 4 cüduçumuz mübarizəyə start verir
-
09:30
"Turan Tovuz" "Fənərbaxça" oyunundan VİDEO
-
09:15
Milli komandamız Litvaya qarşı
-
22:00
“Turan Tovuz” “Fənərbaxça”ya uduzdu
-
20:42
Qurban Qurbanov: “Normal hazırlaşa bilmirik”
-
20:27
U-20 millimiz Moldovaya uduzdu
-
19:53
Rəşad Sadıqov: “Belə uzun fasiləyə öyrəşməmişik”
-
18:39
“Qarabağ” "Zirə”yə qalib gəldi
-
18:06
“Qəbələ” yaponlara məğlub oldu
-
17:43
“Yuventus” heyətini iki yeni futbolçu ilə gücləndirəcək
-
16:25
“Turan Tovuz” və “Fənərbaxça” nümayəndələri Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər FOTOLENT
-
15:51
"Qəbələ" albaniyalı yarımmüdafiəçi transfer etdi
-
15:18
“Mançester Yunayted” ona yeni sözləşmə təklif edəcək
-
14:32
“Komo”nun yarımmüdafiəçisi İngiltərə klublarının hədəfində
-
14:00
“Barselona”da yeni müqavilə
-
12:49
Monteneqro millisi Latviyadan 3 xalla qayıtdı VİDEO
-
12:27
Gimnastlarımız İtaliyada 5 qızıl, 1 gümüş medal qazanıblar
-
11:54
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
-
11:36
“Qarabağ”ın qapıçısı İsveçlə matçı ehtiyatdan izlədi
-
11:13
Millidə Puxaçın xidmətinə ehtiyac duyulmadı
-
10:45
"Neftçi" "Araz-Naxçıvan"dan üstün oldu VİDEO
-
10:21
Beynəlxalq Cüdo Federasiyasının prezidenti “Dostluq” ordeni ilə təltif edildi
-
10:08
Varkonyinin millidə debütu yenə təxirə salındı
-
09:52
Türkiyə millisi Belçikaya da uduzdu VİDEO
-
09:30
Yankoviç oynadı, komandası 3-də 3 etdi
-
22:16
"Qarabağ" məşqlərini davam etdirir FOTOLENT
-
21:27
Boksçularımızın Avropa çempionatındakı ilk rəqibləri bilindi
-
20:41
"Sumqayıt" mövsümə qələbə ilə başladı
-
20:08
Futzal millimizin AÇ-2027-nin əsas mərhələsindəki rəqibləri müəyyənləşib
-
19:35
“Fənərbaxça” Bakıda
-
18:52
Azərbaycan klubu "World Winners Cup Alanya 2026" turnirində iştirak edəcək
-
18:19
Premyer Liqasında ayın ən yaxşısı müəyyənləşdi
-
18:00
Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib
-
17:44
“Neftçi” “Araz-Naxçıvan”ı məğlub etdi
-
17:23
Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
-
16:56
Zədə səbəbindən U-20 millimizin düşərgəsindən ayrıldı
-
16:37
Azərbaycanın 4 taekvondoçusu beynəlxalq turnirdə mübarizə aparacaq
-
16:11
II Liqada 10 oyunun vaxtı açıqlandı
-
15:48
“Səbail” yoxlama oyununda 5 qollu qələbə qazandı
-
15:25
Ayxan Hüseynov: “Bu heç-heçə məğlubiyyətə bərabərdir”
-
15:09
Məşhur rusiyalı futbolçu karyerasını başa vurdu
-
14:52
Üzgüçülərimiz Dünya Kubokunda rekorda imza atıblar
-
14:34
"Kəpəz" U-19 millimizlə heç-heçə etdi
-
14:16
Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq
-
13:40
Respublika stadionunun 75 illiyi münasibətilə yoldaşlıq matçı keçiriləcək
-
13:23
AMADA rəsmisi Avropa Şurasının antidopinq iclasında iştirak edib
-
12:51
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
04.10.2026
03.10.2026
02.10.2026
























