8 Yanvar 2026, Cümə axşamı
"Kəpəz" onun transferini açıqladı
Millimiz Danimarka ilə qarşılaşacaq
Rüfət Abdullazadə “Zirə”də
“Qəbələ”dən ilin ilk transferi

Ölkə futbolu

Futbolçularımız canlarını qoyur@

“Sabah”ın baş məşqçisi Elşad Əhmədov Topaz Premyer Liqasının XII tur çərçivəsində səfərdə “Qarabağ”la 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra fikirlərini böülüşb. Futbolxeber.az saytının məlumatına görə, mütəxəssis öncə oyunla bağlı danışıb:
 
- Çətin oyun oldu. “Qarabağ” oyunboyu hücum etdi, biz müdafiə olunduq. Əks hücumlardan yararlanmağa çalışsaq da, istədiklərimizi edə bilmədik. “Qarabağ”a qarşı oynamaq çətindir. Bərabərlik əldə etmişiksə, deməli, qələbə qazanmışıq.
 
- Marko Deviçin durumu necədi?
 
- Yaxın günlərdə komanda ilə məşqlərə başlayacaq. Gələn oyun bizə kömək etmək ehtimalı var. 
 
- Real yanaşsaq, komandanız hansı məqsədlər üçün mübarizə aparır?
 
- Premyer Liqada yerimizi qorumağa çalışırıq. Sadəcə, 4 turdan sonra 9 xal toplamışdıq və hamı bizdən daha artıq şey gözləməyə başladı. Bəli, futbolçularımız bu gün canlarını qoyur.
 
- Çempionatda hansı komanda ilə istəklərinizi həyata keçirə bilərsiniz?
 
- Bizə bir neçə futbolçu lazımdır. Fərqi yoxdur yerli və ya legioner. Komandanı gücləndirə biləcək futbolçulara ehtiyacımız var.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31