3 Iyun 2025, Çərşənbə axşamı
“Neftçi” qızıl medallara qovuşdu
Lionel Messi millimizi təbrik edib
Quliyevdən çempionluq şərhi
Minifutbol millimiz dünya çempionu oldu

Ölkə futbolu

Mais Mənsimov: "Bu iş tam olaraq mənim nəzarətimdə olacaq"

“Xəzər Lənkəran” Futbol Klubunun prezidenti Mais Mənsimov “Makkabi” (Hayfa) oyunu sonrası baş verənlərə münasibət bildirib. Futbolxeber.az-ın məlumatına görə, klub prezidenti klubun rəsmi saytına açıqlamasında böyük hesablı məğlubiyyət sonrası atılan addımlar və qarşıda görüləcək işlərə aydınlıq gətirib:

- “Xəzər Lənkəran”ın Avropa Liqasında uğradığı məğlubiyyət hamımız üçün üzücü oldu. Klub rəhbərliyi baş verənlərə sözsüz ki, məsuliyyət daşıyır. Hal-hazırda bu məsuliyyətdən irəli gələn tədbirlər təxirə salınmadan həyata keçirilməlidir. Komandaya yönələn bu diqqət və belə bir azarkeş dəstəyi müqabilində alınan uğursuz nəticə günahkarların aşkarlanıb cəzalanmasını tələb edir. “Xəzər Lənkəran”ı ən çətin anlarda tək buraxmayan azarkeşlərimiz qətiyyən buna layiq deyildir. Əminliklə bildirirəm ki, klub rəhbərliyi bu istiqamətdə lazımi nəticələr çıxarmaqla tam ciddiyyəti üzrə tədbirlər görəcək və bu iş tam olaraq mənim nəzarətimdə olacaq".

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2025
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30