3 Fevral 2026, Çərşənbə axşamı
"Qarabağ" yeni transfer edir
"Qarabağ" və "Neftçi"dən qələbə
"Sumqayıt"da gözlənilməz ayrılıq
Yuri Vernidubdan qələbə şərhi

Ölkə futbolu

"Qarabağ" üçün 131 yaşlı rəqib

Avroliqanın III təsnifat mərhələsində "Qarabağ" İsveçin "Gefle" klubu ilə qarşılaşacaq. Futbolxeber.az-ın məlumatına görə, "Gefle" Norveçin ən yaşlı klublarından biri hesab olunur. Komandanın əsası 1882-ci il, dekabrın 5-də qoyulub.

2006-cı ildə İsveç kubokuna yiyələnən "Gefle", 2004-cü ildə də ikinci liqada çempionluq yaşayıb. Cari mövsüm "Gefle"nin avrokuboklardakı üçüncü çıxışıdır. Avrokuboklarda 2006-cı ildə debüt edən "Gefle" UEFA Kubokunun ilk mərhələsində Uelsin TNS klubuna uduzaraq (1:2) mübarizəni dayandırıb. 2010-2011 mövsümündə yenidən UEFA kubokunda iştirak edən İsveç klubu ilk mərhələdə Farer adalarının "Runavik" klubunu mübarizədən kənarlaşdırsa da (4:1), ikinci mərhələdə Tbilisi "Dinamo"su qarşısında aciz qalıb - 2:4. Cari mövsümdə komanda əvvəlcə "Narva Trans"ı (8:1), daha sonra isə "Anortosis"i (4:3) mübarizədən kənarlaşdırıb.

Komanda ev oyunlarını "Stromvallen" arenasında keçirir. Stadionun tamaşaçı tutumu 7302 nəfərdir. Klubun prezidenti Leif Lindstrand, baş məşqçisi isə Per Olssondur. Son mövsümdə "Gefle" İsveç çempionatında 11-ci yeri tutub. Cari mövsümdə isə komanda 16 turda cəmi 2 qələbə qazanmaqla 14 xal toplayıb və 12-ci pillədə qərarlaşıb. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28