Ölkə futbolu
Dünya kuboku Azərbaycana gətirilir
“Coca-Cola” və AFFA FIFA Dünya çempionatının kubokunu Azərbaycana gətirir.
Futbolxeber.az-ın AFFA-nın saytına istinadən verdiyi məlumata görə, Coca-Cola şirkəti FİFA Dünya çempionatının kubokunu 4-cü dəfə dünya turuna götürür və futbol dünyasının ən ali mükafatını Azərbaycan azarkeşlərinə görsətmək üçün fevral ayının 9-da kuboku Bakıya gətirəcək.
FİFA Dünya çempionatı kubokunun Azərbaycana səfəri “Coca-Cola” şirkətinin bu ölkədə uzunmüddətli tərəfdaşı olan AFFA ilə birgə əməkdaşlığı çərçivəsində təşkil olunur.
“Coca-Cola” tərəfindən təşkil olunan “FIFA Dünya Çempionatı Kubokunun Turu” milyonlarla azarkeşə dünyanın ən böyük idman hadisəsi olan futbol üzrə 2018-ci il Dünya Çempionatının bir hissəsi olmaq və bu andan zövq almaq imkan verir. Bu möhtəşəm beynəlxalq turu təşkil etməklə “Coca-Cola” və FIFA bütün futbolsevərləri Dünya Kubokunun qalibinə təqdim edilən mükafatın canlı şahidi olmağa dəvət edirlər. Bu hadisə futbolun ən möhtəşəm simvolunu görmək və bunun sevincini yaşamaq üçün minlərlə azarkeşlərin həyatında yeganə fürsət olacaq.
“Coca-Cola” dünyada milyonlarla insanın ən sevilən idman növü - futbola olan sevgisini dəstəkləyir və paylaşır. Futbol üzrə dünya çempionatlarının tərəfdaşı olmaqla yanaşı “Coca-Cola” milli futbol federasiyaları, o cümlədən AFFA ilə əməkdaşlıq edərək, Azərbaycanda da minlərlə yeniyetmənin futbol arzularının reallaşmasına yardımçı olur. Biz Dünya Kubokunu 9 fevral 2018-ci il tarixində Azərbaycana gətirməyi planlaşdırırıq. “FIFA Dünya Çempionatının Kuboku” adi mükafat deyil, bu, həm də idman aləminin ən məşhur kuboku və insanları birləşdirən bir rəmzdir”, - deyə “Coca-Cola” şirkətinin Qafqaz və Mərkəzi Asiya regionu üzrə ictimaiyyətlə əlaqələr və kommunikasiya meneceri Aleksandra Akkirman bildirib.
FIFA Dünya Çempionatının kubokunun turu 2017-ci ilin sentyabr ayında Rusiyada start götürüb. Bu turne altı qitədən 50-dən çox ölkəni əhatə edəcək və doqquz ay ərzində 126 000 km keçərək yolunu futbol üzrə 2018-ci il dünya çempionatında başa vuracaq.
“İdman dünyasında FIFA Dünya Kubokundan daha çox istənilən və əlamətdar bir mükafat yoxdur. Bu Kubok insanları birləşdirən bir qüvvədir və bunun əhəmiyyətini hər kəs dəyərləndirir. Kuboku dünya futbol azarkeşlərinə təqdim etmək üçün “Coca-Cola” ilə yenidən əməkdaşlıq etməyə çox şadıq“, - deyə FIFA-nın prezidenti Canni İnfantino qeyd etmişdir.
FIFA Dünya Kuboku 9 fevral 2018-ci il tarixində Heydər Əliyəv Beynəlxalq Aeroportuna gətiriləcək. Yerli KİV nümayəndələri hava limanında mətbuat konfransında iştirak etmək üçün dəvət olunacaq və onlara mükafatı öz gözləri ilə görmək imkanı veriləcək. Sonra mükafat “Gənclik Mall” ticarət mərkəzinə gətiriləcək ki, burada şəhərin sakinləri və qonaqları Dünya Çempionatının əsas mükafatı ilə şəkil çəkdirə biləcəklər.
FIFA Dünya Çempionatı Kubokunun Turunu şərh edən AFFA-nın baş katibi Elxan Məmmədov bildirib: “Dünya kubokunu yaxından görmək, yəqin ki, istənilən futbol azarkeşinin ən böyük arzularından biridir. “Coca-Cola” şirkəti və FİFA kubokun dünya turunu təşkil etməklə dünyanın müxtəlif ölkələrindəki çoxsaylı azarkeşlərə böyük sevinc bəxş edir. Tədbirin Azərbaycanda da keçirilməsi futbolun təbliğı və azarkeş marağı baxımından xüsusi əhəmiyyət daşıyır. Biz çox şadıq ki, “Coca-Cola” şirkəti ilə AFFA arasında uzunmüddətli və çoxşaxəli əməkdaşlıq mövcuddur və inanırıq ki, birgə həyata keçirəcəyimiz layihələr hər zaman uğur qazanacaq”.
“Coca-Cola” tərəfindən təşkil olunan FİFA Dünya Kubokunun Turu haqqında son yenilikləri (növbəti səfərlər, eksklüziv müsahibələr, fotoşəkillər və videogörüntülər daxil olmaqla) əldə etmək üçün turun rəsmi saytını (www.fifa.com/trophytour ), “Facebook” (www.facebook.com/trophytour ) və “Instagram” (https://www.instagram.com/trophytour/ ) səhifələrini izləyin.
“Coca-Cola” şirkəti 1974-cü ildən FIFA-nın korporativ tərəfdaşıdır və 1978-ci ildən FIFA Dünya Kubokunun rəsmi sponsorudur. “Coca-Cola” 1950-ci ildən etibarən futbol üzrə hər bir dünya çempionatının stadionlarında reklam yerləşdirir və bütün səviyyələrdə futbolu dəstəkləyir. “Trophy Tour” artıq dördüncü dəfədir FIFA və “Coca-Cola” şirkətinin birgə səyləri ilə keçirilir.
FIFA Dünya Kuboku mükafatının əsli yarışın qalib komandasına təqdim olunur, lakin FIFA-nın sərəncamında qalır. Qızıldan hazırlanmış 6,142 kiloqram ağırlığında olan mükafat Yer kürəsini öz üzərində saxlayan iki insan fiqurundan ibarət olan kompozisiyadan ibarətdir. Kubokun orijinal dizaynı 1974-cü ildə yaradılıb. “FIFA Dünya Çempionatının Kuboku” dünyada ən məşhur və bahalı idman rəmzlərindən biridir və ona yalnız FIFA Dünya Kubokunun keçmiş qalibləri və dövlət başçılarından ibarət olan məhdud sayda insan toxuna bilər. Qaydalara əsasən, FIFA Kubokunun mükafatı FIFA-nın sərəncamında qalır və FIFA Dünya Kubokunun qalib komandası mükafatın əslini müvəqqəti olaraq saxlayır, sonra isə mükafatın replikasını alır. Həmən replika FIFA Dünya Kubokunun qaliblərinin mükafatı olaraq adlanır və o yalnız qızıl suyuna salınır ki, üzərində turnirin adı, çempionatı qəbul edən ölkə və qalib ölkə haqqında məlumat həkk olunur.
“Coca-Cola” tərəfindən təşkil olunan “FIFA World Cup Trophy Tour” bütün dünya insanları üçün futbol tarixinə toxunmaq və bu idmana öz sevgisini bir-biri ilə bölüşmək üçün qeyri-adi bir imkandır. Orijinal kubokun bəxş etdiyi emosiyalar uzun müddət futbol həvəskarlarının yaddaşında qalacaq.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- “Qarabağ”dan fanşopla bağlı yenilik
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Gəncə"də görüş
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
-
14:59
Futbol azarkeş üçündür... qeyrisi təfərrüatdır
-
14:23
4 boksçumuz Avropa çempionatına qələbə ilə başladı
-
13:16
Kamilo Duran Kolumbiya millisində debüt etdi
-
12:37
Elçin Məsiyevə UEFA-dan növbəti təyinat
-
11:08
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:41
“Neftçi”nin legioneri millidə növbəti oyuna çıxdı
-
10:24
İngiltərə millisi Xorvatiyanı top tutdu VİDEO
-
09:52
Dünya çempionatı: 4 cüduçumuz mübarizəyə start verir
-
09:30
"Turan Tovuz" "Fənərbaxça" oyunundan VİDEO
-
09:15
Milli komandamız Litvaya qarşı
-
22:00
“Turan Tovuz” “Fənərbaxça”ya uduzdu
-
20:42
Qurban Qurbanov: “Normal hazırlaşa bilmirik”
-
20:27
U-20 millimiz Moldovaya uduzdu
-
19:53
Rəşad Sadıqov: “Belə uzun fasiləyə öyrəşməmişik”
-
18:39
“Qarabağ” "Zirə”yə qalib gəldi
-
18:06
“Qəbələ” yaponlara məğlub oldu
-
17:43
“Yuventus” heyətini iki yeni futbolçu ilə gücləndirəcək
-
16:25
“Turan Tovuz” və “Fənərbaxça” nümayəndələri Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər FOTOLENT
-
15:51
"Qəbələ" albaniyalı yarımmüdafiəçi transfer etdi
-
15:18
“Mançester Yunayted” ona yeni sözləşmə təklif edəcək
-
14:32
“Komo”nun yarımmüdafiəçisi İngiltərə klublarının hədəfində
-
14:00
“Barselona”da yeni müqavilə
-
12:49
Monteneqro millisi Latviyadan 3 xalla qayıtdı VİDEO
-
12:27
Gimnastlarımız İtaliyada 5 qızıl, 1 gümüş medal qazanıblar
-
11:54
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
-
11:36
“Qarabağ”ın qapıçısı İsveçlə matçı ehtiyatdan izlədi
-
11:13
Millidə Puxaçın xidmətinə ehtiyac duyulmadı
-
10:45
"Neftçi" "Araz-Naxçıvan"dan üstün oldu VİDEO
-
10:21
Beynəlxalq Cüdo Federasiyasının prezidenti “Dostluq” ordeni ilə təltif edildi
-
10:08
Varkonyinin millidə debütu yenə təxirə salındı
-
09:52
Türkiyə millisi Belçikaya da uduzdu VİDEO
-
09:30
Yankoviç oynadı, komandası 3-də 3 etdi
-
22:16
"Qarabağ" məşqlərini davam etdirir FOTOLENT
-
21:27
Boksçularımızın Avropa çempionatındakı ilk rəqibləri bilindi
-
20:41
"Sumqayıt" mövsümə qələbə ilə başladı
-
20:08
Futzal millimizin AÇ-2027-nin əsas mərhələsindəki rəqibləri müəyyənləşib
-
19:35
“Fənərbaxça” Bakıda
-
18:52
Azərbaycan klubu "World Winners Cup Alanya 2026" turnirində iştirak edəcək
-
18:19
Premyer Liqasında ayın ən yaxşısı müəyyənləşdi
-
18:00
Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib
-
17:44
“Neftçi” “Araz-Naxçıvan”ı məğlub etdi
-
17:23
Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
-
16:56
Zədə səbəbindən U-20 millimizin düşərgəsindən ayrıldı
-
16:37
Azərbaycanın 4 taekvondoçusu beynəlxalq turnirdə mübarizə aparacaq
-
16:11
II Liqada 10 oyunun vaxtı açıqlandı
-
15:48
“Səbail” yoxlama oyununda 5 qollu qələbə qazandı
-
15:25
Ayxan Hüseynov: “Bu heç-heçə məğlubiyyətə bərabərdir”
-
15:09
Məşhur rusiyalı futbolçu karyerasını başa vurdu
-
14:52
Üzgüçülərimiz Dünya Kubokunda rekorda imza atıblar
-
14:34
"Kəpəz" U-19 millimizlə heç-heçə etdi
04.10.2026
03.10.2026
02.10.2026
























