Ölkə futbolu
Con Toşak: "Burada xoşbəxtəm"
"Xəzər Lənkəran"ın baş məşqçisi Con Benjamin Toşak "Fənərbaxça" ilə yoldaşlıq oyunundan öncə Türkiyənin "Sabah" qəzetinə müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
- "Qalatasaray" və "Fənərbaxça"nın Avropa macərasını izlədinizmi?
- Bəli. Fatih Terim üçün keçən mövsüm uğurlu oldu. Bilirsiniz ki, Fatih "Qalatasaray"da böyük bir yol qət etdi. "Real"a (Madrid) qarşı 1/4 finalda oynadı. Bu, "Qalatasaray" üçün çox yaxşı nəticə idi. "Fənərbaxça" da yaxşı uğur əldə etdi. Finalı son oyunda əldən verdilər. Əslində mən bu uğurları "Beşiktaş"da da görmək istəyirəm.
- Türkiyənin üç böyük klubundan təklif gəlsə, bura dönməyi düşünərsiniz?
- İndi "Xəzər Lənkəran"dayam və çətin bir vəzifəni öhdəmə götürmüşəm. Klubumla bir illik müqaviləm var və buradan ayrılmaq həqiqətən asan deyil. Azərbaycandakı insanlar çox yaxşıdır. Burada xoşbəxtəm. Ancaq gələcəkdə nələrin olacağını bilmərik. Hələlik burdayam.
- "Fənərbaxça" və "Beşiktaş"ın UEFA-dan aldığı cəzalar barədə nə deyə bilərsiz?
- Cəzalardan xəbərim var. Ümid edirəm ki, türk futbolu üçün ən yaxşı qərar çıxararlar. Mən Türkiyədə olduğum müddətdə danışılmış oyunlarla bağlı heç bir hala rast gəlməmişəm. Birinin birinə pul verdiyini də görmədim.
- Siz Türkiyədən ayrıldıqdan sonra, futbolumuzun inkişafını təqib edə bildinizmi?
- Əslində yaxşı təqib etdiyimi deyə bilmərəm. Çünki oradan 14 il əvvəl ayrılmışam. 1997-1999 mövsümlərində Türkiyədə oldum. Mən oradaykən Türk futbolu çox yaxşı bir dönəmdə idi. "Qalatasaray" o zamanlar çox güclü idi. Fatihin rəhbərliyi ilə UEFA Kubokunu qazandılar. Türkiyə milli komandası da çox güclü idi və dünya üçüncüsü oldu. Hazırkı yığma o qədər güclü deyil. Türkiyədə, "Beşiktaş"da xoşbəxt idim. Hərçənd türk jurnalistlərlə bir iki problemim vardı. Amma "Real" (Madrid) kimi bir komandadan sonra "Beşiktaş"da, o stadionda olmaq çox gözəl idi. "Qalatasaray"a qarşı qazanmış olduğum kubok çox əhəmiyyətli idi və böyük bir an idi.
- Türkiyədən heç təklif aldınızmı?
- Bir neçə dəfə telefonuma zənglər gəldi, amma çox ciddi təkliflər deyildi. Hansı komandalar olduğunu açıqlamaq istəmirəm. Çox insanla görüşdüyümü deyə bilmərəm. Sabiq prezident Sərdar Bilgili ilə bura gəlmədən əvvəl görüşdüm. Türkiyədən ayrılmağım çox vaxt keçib. Buna görə də əlaqələr kəsildi.
Əgər "Beşiktaş"da olmusunuzsa, "Fənərbaxça" və "Qalatasaray"a hörmət eşidərsiniz. Amma mənim üçün" Fənərbaxça" və "Qalatasaray haqqında düşünmək çox çətindir. Onlara böyük hörmətim var. Böyük klublardır və möhtəşəm tərəfdarları var. Amma Türkiyədə mənim komandam "Beşiktaş"dır və həmişə də "Beşiktaş"lı olacağam.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- 13-cü turun oyun cədvəli açıqlandı
- Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
- Zirədə dramatik oyun
- Kipr - Monteneqro matçında 5 qol
- Millimizin qələbəsi
- Almaniya Niderlandı darmadağın etdi
- "Zirə” də xal itirdi, "Qarabağ" da
- “Neftçi” liderliyi ələ keçirdi
- “Qəbələ” və “Zirə” qalib gəldi
- Bekiri: "1 xal qazanmağa layiq idik"
-
20:53
Emin Salmanov: "Hazırda həyatımın ən xoşbəxt günlərindən birini yaşayıram" VİDEO
-
20:26
Xankəndidə futbol bayramı FOTOLENT
-
20:14
Munis Abdullayev: “Xankəndidə yenidən futbol oyununun təşkili çox qürurvericidir” VİDEO
-
19:49
Samir Ələkbərov: “Hisslərimi sözlə ifadə etməkdə çətinlik çəkirəm” VİDEO
-
19:00
Azərbaycanın 4 parataekvondoçusu dünya çempionatında mübarizə aparacaq
-
18:32
Cüdoçumuz dünya çempionatında bürünc medal qazanıb
-
17:58
Böyük futbol Xankəndiyə qayıtdı
-
17:16
Futzal liqalarının püşkü atılıb
-
16:41
Xankəndidəki oyunda topa ilk toxunuşu şəhid övladı edib
-
16:23
"Neftçi"də təhlükəsiz idman mühitinin təşviqinə həsr olunmuş seminar təşkil edilib
-
16:05
Millimizin heyəti açıqlandı
-
15:36
Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının yayımının təşkili ilə bağlı məsələlər müzakirə edilib
-
15:19
Yeniyetmə taekvondoçular təlim-məşq toplanışına cəlb olunublar
-
14:44
Azərbaycan Güləş Federasiyasında uşaqlar üçün ekskursiya təşkil olunub
-
14:00
Samir Abasov: “Futbolçular pley-off şansını bilsəydilər belə, Lixtenşteynə çox qol vura bilməzdik”
-
13:27
Millimizin üzvləri məktəblilərlə görüşdü
-
12:52
AMADA nümayəndə heyəti Strasburqda CAHAMA-nın 73-cü iclasında iştirak edib
-
12:38
Futzal üzrə Yüksək Liqanda 10 komanda yarışacaq
-
12:16
Kvaratsxeliya ilin adamı seçildi
-
11:43
“Sumqayıt” akademiyasının üzvləri üçün antidopinq təlimi keçirilib
-
11:21
"Qarabağ" "Kəpəz"lə oyuna hazırlaşır FOTOLENT
-
10:59
Avropa reytinqi: Minifutbol millimiz ikincidir
-
10:05
"Sumqayıt" məşqlərini davam etdirir VİDEO
-
09:34
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
09:17
Avropa çempionatı: Daha 4 boksçumuz 1/4 finalda
-
09:00
“Qarabağ” Qazaxıstan klubuna uduzub
-
18:00
ACF-nin təşkilatçılığı ilə Bakıda kəmər dərəcələri üzrə növbəti rəsmi imtahan keçiriləcək
-
17:47
II Liqada 11 oyunun başlama saatı açıqlandı
-
17:11
Dünya çempionatı: cüdoçularımızın ilk rəqibləri müəyyənləşib
-
16:36
Arda Güler 2032-ci ilin yayına kimi “Real”da
-
15:58
Xuan Mata karyerasını başa vurdu
-
15:29
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
15:05
Millimiz FIFA reytinqində irəlilədi
-
14:43
Şəhid polkovnik Vüqar Yusifovun xatirəsinə həsr olunan güləş turniri keçiriləcək
-
14:12
ABŞ-dən olan legioner Azərbaycan klubunda
-
13:54
Azərbaycanda təmiz idman prinsiplərinin təbliği istiqamətində növbəti tədbir təşkil olunub
-
13:27
Keyn Millətlər Liqasının bombardiri oldu
-
13:00
Ayxan Xəkili Cenevrədə Avropa Atletikasının seminarında iştirak edib
-
12:41
Boksçumuzun erməni rəqibi diskvalifikasiya olunub
-
12:18
“Zirə” və “Qarabağ”ın legionlerləri səfərdə sevindi
-
11:56
Sefas və komandası səfər qolunun qurbanı oldu
-
11:39
“Turan Tovuz”un qapıçısı finalda uduzdu
-
11:03
Kaşuk Gürcüstana qarşı oynadı
-
10:45
U-20 millimiz İraqla bərabərə qaldı VİDEO
-
10:22
Avro-2028: Millimiz 5-ci səbətdə
-
09:54
“Zirə”nin müdafiəçisi millidə zədələndi
-
09:31
Futzal millimizdə xaos: məşqçi inzibatçı maaşı alır
-
09:17
"Qarabağ"ın qapıçısı Rumıniya üzərində qələbəyə sevindi
-
09:00
“Sumqayıt”ın kapitanı “SAFF Championship 2026”da çempion ola bilmədi
-
22:49
Rui Jorje: “Komandanın hazırkı vəziyyəti məni qane edir”
19.11.2026
18.11.2026
17.11.2026
























