Ölkə futbolu
Rəşad 5 manata görə əqidəsini qurban verməz...
Dünən Gündüz Abbaszadə ilə Emin Abbasovun "CBC Sport"dakı verilişində qonaq olan dəyərli bəstəkar Eldar Mansurov bütün dövrlər üçün aktual olan fikiri yenidən təkrarladı: Azərbaycan futbolunda şəxsiyyət problemi var.
Oyunu ilə yüz minlərin sevimlisinə çevirilən futbolçular görmüşük ki, bir hərəkəti ilə hamının gözündən düşüb. Pul yığmaq üçün yubiley edənlər, ildə bir neçə dəfə ad günü keçirənlər, dələduzluqda ittiham olunub içəridə yatanlar.
Belə şəraitdə yaxşı futbolçu, sözünün üstündə duran məşqçi, heç kimin qabağında əyilməyən idarəçi yetişdirmək əhalisinin 70 faizinin hokkeylə məşğul oduğu Finlandiyada Aleksandr Karelin səviyyədə güləşçi axtarmaq kimi bir şeydir.
“Zirə” - “Qəbələ” oyunundan sonra əsəblər tarıma çəkilmiş, hakimlər, “Qarabağ” - “Zirə” dostluğu mövzuları ön plana keçmişdi. Amma Rəşad Sadıqov rahat şəkildə təklifimizi müsbət dəyərləndirib “Üçüncü hissə” verilişinə gəldi. Qonaqlara heç vaxt sualları göstərmədiyimdən Sadıqov da onu nələrin gözlədiyini bilmirdi. Bir saatlıq verilişdən sonra anladım ki, Rəşad bir neçə ildən sonra millinin baş məçqçisi də ola bilər, hər hansı klubun rəhbər şəxsi də. Natiqlik qabiliyyəti, insanları inandırmaq bacarığı, liderlik - bütün bunlar onda var. Və ən əsası aşıb-daşan enerji, zəhmətsevərlik. Əgər elə bilirsinizsə, Sadıqov yalnız milli komanda və “Qarabağ”ı düşünür, yaşayır, yanılırsınız.
“Qarabağ”ın 19 yaşlılardan ibarət komandasının baş məşqçisi olan Rəşad sutkanın 24 saatının 16-da iş başındadır. Deyə bilərsiniz ki, bəs peşəkarlıq? Axı o özünü, oyununu düşünməlidir. Amma fakt Rəşad meydanda da canını qoyur. O, olmayan matçlarda milli də, “Qarabağ” da istənilən səviyyədə oynamır. Sadıqov təkcə futbolçu deyil, Azərbaycan idmanında özünü sübut etmiş qüvvədir, şəxsiyyətdir! Belə insanlara isə indi çox ehtiyac var. O, 5 manata görə əqidəsini qurban verməyəcək, kiminsə sifarişi ilə işləməyəcək, əksinə, yanlış yolda olsa belə, dediyini yeritməyə çalışacaq. Hansısa fikirləri ilə mən də razı deyiləm, həm də tamam ayrı dünyanın adamlarıyıq. Amma Rəşadın müstəqillik dövrünün ən yaxşılarından biri olması heç kimdə şübhə doğurmamalıdır.
Futbolçu kimi çata bilmədiyin arzulara məşqçi kimi çatasan, 14 nömrə!
Elnur MƏMMƏDLİ
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Gəncə"də görüş
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
-
15:37
İnfantino Monqolustanda: Ölkə prezidenti ilə görüşdə Elxan Məmmədov da iştirak etdi FOTOLENT
-
15:01
Bakıda keçiriləcək ilk FIFA U-15 dünya çempionatı və festivalına hazırlıq işləri davam edir
-
14:45
“Sumqayıt”ın üzvləri ekoloji layihədə iştirak ediblər FOTOLENT
-
14:23
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
-
13:59
Azərbaycanlı hakimə UEFA-dan təyinat
-
13:32
Ukrayna klubunun baş məşqçisi: “Renat Dadaşov əsl hücumçudur”
-
13:16
İrina Zaretska Avstriyada qızıl medal qazanıb
-
13:00
Maqsud Fərzullayev: "Formula 1"dən sonra yolların mümkün qədər tez bərpa olunmasına çalışırıq"
-
12:28
Daha 3 boksçumuz Avropa çempionatında mərhələ adladı
-
12:04
"Formula 1" üzrə Azərbaycan Qran-prisinə 120-dən çox ölkədən azarkeş gəlib
-
11:47
Anastasiya Abramovanı “Tümen”i “Gəncə”yə dəyişdi
-
11:15
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:41
III Beynəlxalq Xankəndi Ultramarafonunda beş ölkədən 100 atletin iştirakı gözlənilir
-
10:29
Mahir Məmmədov FIDE prezidenti ilə görüşüb
-
10:13
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
09:52
Edqar U-21 yığmasına qoşuldu
-
09:30
Dünya çempionatı: Daha dörd cüdoçusu mübarizəyə başlayır
-
21:14
Dünya çempionumuz: “Çox xoşbəxtəm, sevincimin həddi-hüdudu yoxdur”
-
20:26
Azərbaycanın batut gimnastları Dünya Kubokunda bürünc medal qazanıblar
-
19:41
“Dinamo” “Ağdaş”ı darmadağın etdi
-
19:08
Cüdoçumuz dünya çempionu oldu!
-
18:57
Millimiz Litvanı tək qolla məğlub etdi
-
18:12
U-17-dən növbəti biabırçı məğlubiyyət
-
17:30
“Neftçi” “Jalgiris-Vilnüs”ə qalib gəldi
-
16:45
Rui Jorje: “Daha keyfiyyətli oynamalıyıq”
-
14:59
Futbol azarkeş üçündür... qeyrisi təfərrüatdır
-
14:23
4 boksçumuz Avropa çempionatına qələbə ilə başladı
-
13:16
Kamilo Duran Kolumbiya millisində debüt etdi
-
12:37
Elçin Məsiyevə UEFA-dan növbəti təyinat
-
11:08
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:41
“Neftçi”nin legioneri millidə növbəti oyuna çıxdı
-
10:24
İngiltərə millisi Xorvatiyanı top tutdu VİDEO
-
09:52
Dünya çempionatı: 4 cüduçumuz mübarizəyə start verir
-
09:30
"Turan Tovuz" "Fənərbaxça" oyunundan VİDEO
-
22:00
“Turan Tovuz” “Fənərbaxça”ya uduzdu
-
20:42
Qurban Qurbanov: “Normal hazırlaşa bilmirik”
-
20:27
U-20 millimiz Moldovaya uduzdu
-
19:53
Rəşad Sadıqov: “Belə uzun fasiləyə öyrəşməmişik”
-
18:39
“Qarabağ” "Zirə”yə qalib gəldi
-
18:06
“Qəbələ” yaponlara məğlub oldu
-
17:43
“Yuventus” heyətini iki yeni futbolçu ilə gücləndirəcək
-
16:25
“Turan Tovuz” və “Fənərbaxça” nümayəndələri Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər FOTOLENT
-
15:51
"Qəbələ" albaniyalı yarımmüdafiəçi transfer etdi
-
15:18
“Mançester Yunayted” ona yeni sözləşmə təklif edəcək
-
14:32
“Komo”nun yarımmüdafiəçisi İngiltərə klublarının hədəfində
-
14:00
“Barselona”da yeni müqavilə
-
12:49
Monteneqro millisi Latviyadan 3 xalla qayıtdı VİDEO
-
12:27
Gimnastlarımız İtaliyada 5 qızıl, 1 gümüş medal qazanıblar
-
11:54
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
-
11:36
“Qarabağ”ın qapıçısı İsveçlə matçı ehtiyatdan izlədi
05.10.2026
04.10.2026
03.10.2026
























