Ölkə futbolu
Elxan Abdullayev: “Bir dəfə də biz qalib gəlməliyik də”
Bu gün Topaz Premyer Liqasında XXII tura yekun vurulub. Futbolxeber.az-ın məlumatına görə, günün ikinci oyununda “Neftçi” doğma meydanda “Qəbələ”ni 1:0 hesabı ilə məğlub edib. “Bakcell Arena”dakı matçdan sonra keçirilən mətbuat konfransında açıqlama verən ev sahibi komandanın baş məşqçisi Elxan Abdullayev qalibiyyəti belə şərhə edib:
- Oyun çox ağır keçdi. “Qəbələ” güclü komandadı, yaxşı məşqçisi, futbolçuları var. Rəqib Bakıya 3 xal dalınca gəlmişdi. Çünki çempionluq uğrunda mübarizə aparırlar. Amma bizə də mütləq qələbə lazım idi. Keçən tur “Zirə”yə məğlubiyyət komandaya pis təsir etmişdi. Planlaşdırdığımız 3 xalı qazana bilməmişdik. Əsas odu ki, bu gün qələbə əldə etdik.
- Sanki, “Neftçi” yaxşı nəticə əldə edəndə komanda arxayınlaşır...
- “Qəbələ” açıq futbol oynayan komandadı. Belə rəqiblərlə oynamaq daha asandı, nəinki AZAL və “Zirə” kimi komandalarla. Çünki “Qəbələ” buraya 3 xal dalınca gəlmişdi. Elə rəqiblər var ki, açıq futbol göstərmir. Amma “Qarabağ” kimi komanda həm özü gözəl oyun sərgiləyir, həm də rəqibin oyun göstərməsinə imkan verir.
- Çempionatdan kubok oyununa köklənmək çətin olmayacaq?
- Ondan öncə çempionatda “İnter”lə görüşümüz var. Fərqli oyunlardı. Çempionat və kubok matçları bir-birindən fərqlənir. İstəməzdim ki, indidən kubok barədə danışım. “İnter”lə oyundan sonra bu barədə fikir bildirmək olar. İstəyərik ki, finala çıxaq.
- “Qarabağ” və “Qəbələ”ni müqayisə etsək, hansı çempionluğa daha layiqdi?
- Hər ikisi layiqdi. Mən məşqçi kimi rəqibləri analiz edirəm. “Qarabağ”la oynamaq daha asandı. Neçə illərdi ki, bir heyətlə çıxış edir. Amma “Qəbələ”nin hansı heyət və taktika ilə oynayacağını bilmək olmur. O qədər futbolçuları var ki, heyətdə kimin yer alacağını öncədən təxmin etmək mümkün deyil. Buna görə də, “Qəbələ” ilə matça hazırlaşmaq çətindi. Hər iki komandaya uğurlar arzulayıram. Bu gün “Qəbələ”dən xal aldıq. İnşallah, sonuncu turda “Qarabağ”a qarşı da eyni səviyyədə mübarizə aparacağıq.
- Uqo Barqas niyə əsas heyətə düşə bilmir? Ondan nə gözləyirsiz?
- Fikrimcə, Barqas yaxşı futbolçudu. Amma bizim sistemimiz imkan vermir ki, hər iki hücumçumuz eyni anda meydanda olsun. Məcburiyyətdən kimsə ehtiyatda qalmalıdı, Barqasın da öz vaxtı gələcək. Yavaş-yavaş formasını yığır. Demək olar ki, 80 faiz hazırdı. Özü ilə danışıram, narahat deyil. O, ehtiyatda otura-otura deyir ki, özümü hamıya sübut edəcəyəm. Seqoviya ilə dostdu.
- Jayronun komandadan göndəriləcəyi ilə bağlı xəbərlər yayılıb...
- Mətbuat çox şey yaza bilər. Sizin qarşınızda “Neftçi”nin baş məşqçisi əyləşib. Kim deyir ki, Jayronu komandadan kənarlaşdıracağıq? Onun da vaxtı gələcək, sadəcə, hazır olmalıdı. Biz elə də çox qol buraxmırıq ki, hər oyundan sonra müdafiəçiləri dəyişim. “İnter”lə matçda Jayroya da şans verə bilərəm.
- Siz baş məşqçi olmayanda “Neftçi” “Qəbələ”yə 0:8 hesabı ilə uduzmuşdu. Bu qələbəni qisas kimi qiymətləndirmək olar?
- Bunu qisas kimi dəyərləndirmirəm. Onlar bizi 3 dəfə üstələyəndə bir dəfə də biz qalib gəlməliyik də. Hər dəfə onlar qalib gələsi deyil ki.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- “Qarabağ”dan fanşopla bağlı yenilik
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- "Gəncə"də görüş
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
-
22:00
“Turan Tovuz” “Fənərbaxça”ya uduzdu
-
20:42
Qurban Qurbanov: “Normal hazırlaşa bilmirik”
-
20:27
U-20 millimiz Moldovaya uduzdu
-
19:53
Rəşad Sadıqov: “Belə uzun fasiləyə öyrəşməmişik”
-
18:39
“Qarabağ” "Zirə”yə qalib gəldi
-
18:06
“Qəbələ” yaponlara məğlub oldu
-
17:43
“Yuventus” heyətini iki yeni futbolçu ilə gücləndirəcək
-
16:25
“Turan Tovuz” və “Fənərbaxça” nümayəndələri Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər FOTOLENT
-
15:51
"Qəbələ" albaniyalı yarımmüdafiəçi transfer etdi
-
15:18
“Mançester Yunayted” ona yeni sözləşmə təklif edəcək
-
14:32
“Komo”nun yarımmüdafiəçisi İngiltərə klublarının hədəfində
-
14:00
“Barselona”da yeni müqavilə
-
12:49
Monteneqro millisi Latviyadan 3 xalla qayıtdı VİDEO
-
12:27
Gimnastlarımız İtaliyada 5 qızıl, 1 gümüş medal qazanıblar
-
11:54
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
-
11:36
“Qarabağ”ın qapıçısı İsveçlə matçı ehtiyatdan izlədi
-
11:13
Millidə Puxaçın xidmətinə ehtiyac duyulmadı
-
10:45
"Neftçi" "Araz-Naxçıvan"dan üstün oldu VİDEO
-
10:21
Beynəlxalq Cüdo Federasiyasının prezidenti “Dostluq” ordeni ilə təltif edildi
-
10:08
Varkonyinin millidə debütu yenə təxirə salındı
-
09:52
Türkiyə millisi Belçikaya da uduzdu VİDEO
-
09:30
Yankoviç oynadı, komandası 3-də 3 etdi
-
22:16
"Qarabağ" məşqlərini davam etdirir FOTOLENT
-
21:27
Boksçularımızın Avropa çempionatındakı ilk rəqibləri bilindi
-
20:41
"Sumqayıt" mövsümə qələbə ilə başladı
-
20:08
Futzal millimizin AÇ-2027-nin əsas mərhələsindəki rəqibləri müəyyənləşib
-
19:35
“Fənərbaxça” Bakıda
-
18:52
Azərbaycan klubu "World Winners Cup Alanya 2026" turnirində iştirak edəcək
-
18:19
Premyer Liqasında ayın ən yaxşısı müəyyənləşdi
-
18:00
Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib
-
17:44
“Neftçi” “Araz-Naxçıvan”ı məğlub etdi
-
17:23
Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
-
16:56
Zədə səbəbindən U-20 millimizin düşərgəsindən ayrıldı
-
16:37
Azərbaycanın 4 taekvondoçusu beynəlxalq turnirdə mübarizə aparacaq
-
16:11
II Liqada 10 oyunun vaxtı açıqlandı
-
15:48
“Səbail” yoxlama oyununda 5 qollu qələbə qazandı
-
15:25
Ayxan Hüseynov: “Bu heç-heçə məğlubiyyətə bərabərdir”
-
15:09
Məşhur rusiyalı futbolçu karyerasını başa vurdu
-
14:52
Üzgüçülərimiz Dünya Kubokunda rekorda imza atıblar
-
14:34
"Kəpəz" U-19 millimizlə heç-heçə etdi
-
14:16
Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq
-
13:40
Respublika stadionunun 75 illiyi münasibətilə yoldaşlıq matçı keçiriləcək
-
13:23
AMADA rəsmisi Avropa Şurasının antidopinq iclasında iştirak edib
-
12:51
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
-
12:17
Füzuli Məmmədov: “Bizim üçün hər qarşılaşma vacibdir”
-
11:38
“Şahdağ Qusar”dan növbəti qələbə
-
11:05
“Neftçi”dən azarkeşlərə sürpriz: İstanbuldan gələn yox, İstanbula gedən olacaq
-
10:42
Elvin Bədəlov: “Xeyr, biz D Liqasına layiq deyilik”
-
10:29
Millimizin biabırçı heç-heçəsi VİDEO
-
10:14
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
03.10.2026
02.10.2026
























