Ölkə futbolu
“Valideynlər qarşısında utanıram”
“İnter”in prezidenti Georgi Nikolov “Het-trik news” qəzetinə müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
- Georgi Nikolov, ilk sualım azərbaycansayağı olacaq - nə var, nə yox?
- Vəziyyət yaxşı deyil. “İnter" belə vəziyyətə öyrəşməyib. İndiki durumumuz rəhbərliyi, futbolçuları, klubun işçilərini çox sıxır.
- Mətbuata verdiyiniz əvvəlki açıqlamaların demək olar hamısında klubun tezliklə əvvəlki vəziyyətinə qayıdacağını bildirmişdiniz.
- Rəhbərlik hər dəfə söz verir. Mən də onlara inanıb bu cür açıqlamalar verirəm. İndi də tezliklə maliyyə probleminin yoluna qoyulacağını deyirlər. Hələlik dözürük. Başqa yolumuz da yoxdur. Bizi ən çox sıxan klubun kimin mülkiyyəti olmasıyla bağlı qeyri-müəyyənlik idi. Yaxınlarda bu problem yoluna qoyuldu. Prosesin yubanması klubun işlərinə təsirsiz ötüşmədi. Klubun yeni təsisçiləri olacaq. Daha əvvəl klubun təsisçisi və faktiki sahibi Lüksemburqda qeydiyyatdan keçən “İnter İnternational Sport Club" LLC idi. Bu şirkətin Beynəlxalq Bankla əlaqəli idi. Klubun fəxri prezidenti isə bildiyiniz kimi Cahangir Hacıyevdi. İndi də şirkət klubun sahibi, Cahangir müəllim isə fəxri-prezidentidir.
- Hamıya məlumdur ki, klub faktiki olmasa da Cahangir müəllimə məxsusdur. Məhz onun Beynəlxalq Bankın İdarə Heyətinin sədri vəzifəsindən çıxarılmasından sonra “İnter" maliyyə problemləri ilə üzləşdi.
- Bunu, Cahangir müəllimin istefası ilə əlaqəli olduğunu deyə bilmərəm. Ola bilər ki, hansısa məqamlar üst-üstə düşür. Razıyam, məhz cənab Hacıyevin Beynəlxalq Bankdan gedişindən sonra klubda maliyyə böhranı yaşanmağa başlandı. Amma bunu sırf Cahangir müəllimlə əlaqələndirmək düzgün deyil. “İnter" PİK-nun müəyyən illik büdcəsi var idi və həmin büdcəyə uyğun olaraq maliyyələşirdi. Bizə ayrılan pul gecikdiyindən futbolçuların və işçilərin maaşlarını gecikdirdik. Stadiondan əldə olunan gəlir, futbolçuların satışından və UEFA-dan gələn vəsait hesabına ancaq vacib xərcləri qarşılaya bildik. Bura stadionun saxlanması, kommunal xərclərin ödənilməsi, futbolçuların yeməyi, qalması və digər xərclər daxildir. Təəssüf ki, həmin vəsait klubun bütün xərclərini qarşılamaq üçün yetərli deyil. Ötən il klubun illik büdcəsi 7 milyon manat idi. Həmin pula bütün işləri görə bilirdik. İndi isə “İnter Arena"dan gələn illik gəlir 200-250 min aralığındadı. Bununla məgər klub saxlamaq olar?
- AFFA-nın “İnter"də Müşahidə Şurası yaratmaq istəyi ilə bağlı xəbərlər dolaşır. Lakin klubun sahibi Cahangir müəllim hər vəchlə buna qarşı çıxaraq, “İnter"i əldən vermək istəmir...
- AFFA prezidenti Rövnəq Abdullayev və baş katib Elxan Məmmədov “İnter"in çətin vaxtında həmişə bizə dəstək olublar. Xəbərlərin doğru olduğuna inanmıram. Bir neçə il əvvəl AFFA “Şəfa"nın bizə satılmasında güzəştlər etmişdi. ƏDV xaric 5 milyon manata “Şəfa"nı aldıq və hazırda klubun mülkiyyəti hesab edilir...
- Üzr istəyirəm, Elxan müəllim ötən öl bizimlə söhbətində həmin məbləğin ƏDV xaric 4 milyon 250 min manat olduğunu demişdi. Bundan başqa unutmayaq ki, stadion sizə satılanda Cahangir müəllim vəzifədə idi. AFFA vəziyyətdən istifadə edib stadionu geri qaytarmaq istəyə bilər. Axı, “İnter Arena"nın real qiyməti alış qiymətindən qat-qat çoxdur.
- Ola bilər. Dəqiq məbləğ yadımda deyil. Haradasa 5 milyon civarında idi. Düzgün buruyursunuz, hazırda stadionun qiyməti alındığından bir neçə dəfə çoxdur. Son audit yoxlamasından sonra baza 35 milyon manat qiymətləndirilib. Bir daha təkrar edirəm, AFFA-nın belə bir planının olmasına inanmıram.
- Daha bir xəbər klubun vergi və sosial müdafiəyə olan borcu ilə bağlıdır.
- Əminliklə deyərdim ki, bu gün klubun hansısa dövlət orqanına 1 qəpik də borcu yoxdur.
- Maraqlıdır, necə oldu ki, maliyyə böhranı ilə üzləşən klub birdən-birə ulduz futbolçuları heyətinə cəlb etməyə başladı?
- Hazırki heyətdə çıxış edən futbolçuların hamısını əsl kişi hesab edirəm. Ulduz olmalarına baxmayaraq kiçik məbləğdə maaşla oynamağa razı oldular. Beynəlxalq Bankla hazırkı razılaşmaya əsasən müəyyən büdcə tərtib olunub və həmin büdcədən kənara çıxmayaraq futbolçulara maaş veririk. Məvacibləri o qədər də yüksək deyil. Maksimum 5 min manat. Bu məbləği daha təcrübəli futbolçular alır. 1000 manat maaş alan futbolçumuz da var. Ödənişlərdə gecikmə yoxdur. Bank nəzərdə tutulan vəsaiti vaxtında ayırır.
- Bəs, uşaq futbol məktəbində işləyən məşqçilərin maaşlarının azaldılması ilə bağlı nə deyə bilərsiniz?
- Hazırki maaşları 400 manat civarındadır. Bir neçə gün əvvəl eşitdim ki, guya onların məvacidlərini 2 dəfə azaltmışıq. Yalan xəbərdi. “Yaxşı günlərdə" daha artıq idi. Klubun maliyyə vəziyyəti düzəldikcə məşqçilərin və işçilərin maaşları da artırılacaq. Ümumiyyətlə, son vaxtlar “İnter" haqqında doğru olmayan xəbərlərin daha çox yayıldığının şahidi oluruq. Bu da anlaşılandı və belə xəbərləri normal qarşılayırıq.
- Həmin xəbərlərdən biri də sizin kirayə tutduğunu evin pulunu verə bilməməyiniz və bu üzdən klubun bazasında məskunlaşmağınızla bağlıdır.
- Doğrudur, bazada qalıram. Amma bu, ev pulunu verə bilməməyimlə əlaqəli deyil. Ayağımı yorğanıma görə uzatmağı bacaran insanam. Klubu əlavə xərcə salmamaq üçün klubun bazasında qalmağa qərar verdim. Bazada bizim kiçik yataqxanamız var, futbolçuların bəziləri orada yaşayırlar. Otaqlar bir balaca kiçik olsa da, mənim üçün çox rahatdır.
- Çempionat başlamamışdan əvvəl “İnter"in bu cür çıxış edəcəyi gözlənilmirdi. Komanda hazırda 4-cü yerdədir. Təsadüfən, qarşıya çempion olmaq məqsədi qoyulmayıb?
- “Qarabağ"a məğlubiyyət işləri korladı. Azərbaycanın ən güclü komandasına qarşı sərgilədiyimiz oyun gələcəyə nikbin baxmağa əsas verir. İkinci hissədə imkanlardan istifadə etsəydik... Matçın sonlarında baş verənlərə görə ancaq təəssüflənirəm. Hakimin səhv qərarları oldu, 2 güclü komanda arasında baş tutan futbol bayramının adına xələl gəldi. Kimdir günahkar? Bu haqda danışmaq istəmirəm. Əsas odur ki, çempionatın əvvəlində qarşımıza qoyduğumuz məqsədə çatmaq üçün gücümüzün olduğunu gördük. Əlbəttə çempion olmaq istəyirik. Ancaq bunun çox çətin olacağını da bilirik. Mövsümün əvvəlində baş məşqçimi Zaur Svanadze də mənə bu sualı vermişdi. Məqsəd isə ilk “üçlüy"ə düşməkdir.
- Son 2 oyunda komandanın 3 lider futbolçusu - Dieqo Martins, Lomaya və Xizinaşvili qırmızı vərəqə alıb. Deyəsən, komandada nizam-intizam aşağıdır.
- Deməzdim. Ola bilər ki, onların yersiz hərəkətləri klubdakı vəziyyətlə bağlı olsun.
- Bəs, peşəkarlıq harada qaldı?
- Peşəkarlıq həmişə olmalıdı. Ancaq insan uzun müddət gərginlik içində olanda peşəkarlıq arxa plana keçir. Maliyyə çətinliyi, klub və futbolçular haqqında gəzən dedi-qodular... Onlar da insandı. Əsəblərinə hakim ola bilmədiyi, bezdikləri anlar olur.
- Stadionun ot örtüyünün vəziyyəti acınacaqlıdır.
- 2012-ci ildə Hollandiyanın “Edel grass" şirkəti ilə bağladığımız müqaviləyə əsasən stadionun ot örtüyü yeniləndi. Həmin şirkətlə əlaqə saxlayıb vəziyyət barədə məlumat vermişdik. Ötən ay nümayəndələri gəlib qazona baxış keçirdi və təmir olunması ilə bağlı qərar verdilər. Yanvar ayında işə başlayacaqlar və ancaq öt örtüyünün üstünə tökülən dənəciklər dəyişdiriləcək. Qazon yenilənərkən dənəcikləri istehsal edən İtaliya şirkəti Bakıdakı hava şəraitini nəzərə almamışdı. İsti havada dənəciklər əriyir və bir-birinə yapışmağa başlayır. Bu da futbolçular üçün problem yaradır. Analoji vəziyyət AZAL-ın satdionunda və “Dalğa Arena"da yaşanıb. Öt örtüyü 2012-ci ilin dekabrında salınıb və şirkət tərəfindən 3 illik verilib. Zəmanət müddəti bitmədiyindən görülən işlərə görə şirkətə heç bir vəsait ödənməyəcək. 2-ci və 3-cü meydanların da ot örtüyü yenilənməlidi. Hər ikisi çox pis vəziyyətdədi. 4-cü meydan isə hələ “dözür".
- Nə vaxt yenilənəcək?
- Pul olanda. Bilirsiniz, ötən il stadionda yenidənqurma işlərinin aparılması ilə bağlı plan tərtib etmişdik. Plana 1-ci meydanda 4-cü tribunanın quraşdırılması, 3-cü meydanın standartlara uyğunlaşdırılması, yeni yataqxananın, bazanın və soyunub-geyinmə otaqlarının tikintisi və s. daxil idi. Məlum vəziyyətlə əlaqədar plan təxirə düşdü.
- “İnter"in Premyer Liqadakı bütün oyunlara ancaq göy futbolkalarla çıxıb. Başqa rəng formanız yoxdur?
- Göy rəngli futbolka bizə düşərli olduğu üçün çox vaxt ondan istifadə edirik. Ağ rəngli futbolkalarımız da var. Etiraf edim ki, hər iki komplekt ötən mövsümdən qalmadır. Nömrələr və futbolçuların adları yenidən yazıldığı üçün göy futbolkalarda köhnə nömrə və adların yeri o qədər sezilmir. Bundan başqa Avroliqada çıxış edərkən qaydalara əsasən futbolkalarda ancaq 1 sponsorun adı olmalıdı. Ağ rəngli formaların arxasında 2-ci sponsorun adını sildiyimiz üçün ləkə açıq-aydın hiss olunur. Bəlkə də “ağ"dan istifadə etməməyimizin digər səbəbi budur.
- Georgi Nikolayeviç, uşaq futbol məktəbində vəziyyət acınacaqlıdır. Uşaqlar məşq etməyə top, geyinməyə forma tapmırlar.
- Nəinki top və forma, komandaların oyunlara getməyə nəqliyyat ayırmaqda çətinlik çəkirik. Elə hal olur ki, əsas komandanın avtobusundan istifadə edirik. Bunlar hamısı maliyyə çətinliyi ilə bağlıdır.
- Nə vaxta kimi problemlər valideynlərin hesabına həll olunacaq?
- (Fikrə gedir) Utanıram. Valideynlər qarşısında utanıram. Klubun belə çətin vəziyyətində bizə dayaq olan hər bir valideyinə minnətdarlığımı bildirirəm. Başqa deməyə nəsə söz tapmıram. Hamı bilir ki, indiyə kimi “İnter"də uşaq futboluna necə diqqət ayrılıb. Hazırda isə valideynlərin köməyi ilə bəzi problemlər yoluna qoyulur. Ancaq bunun çox davam edəcəyini düşünmürəm. Yaxın vaxtlarda hər şey yoluna qoyulacaq.
- Dekabrda klubla müqaviləniz başa çatır. Qalacaqsınız, yoxsa...?
- Əgər klubun mülkiyyəti ilə bağlı məsələ tam həllini tapsa, nəsə demək olar. Əgər rəhbərlikdə yeni insanlar təmsil olunsalar, böyük ehtimalla idarəçiliyə özlərinin adamlarını gətirəcəklər. Hiss edirəm ki, getmək vaxtıdı. 2006-cı ildən klubdayam. Bütün gücümü, bacarığımı bura sərf etmişəm. İndi tükəndiyimi hiss edirəm. Məncə kluba yeni, enerjili insanlar lazımdır.
- Geridə qalan müddətdə “İnter" sizə nə verdi?
- Cahangir müəllim məni bura dəvət edəndə klub hələ təzə yaranmışdı. İdarəçiliklə bağlı problemlərin olduğu hiss edilirdi. “İnter" məni futbol adamı etdi. Bura gələndə futbola yad insan idim. Böyük iş və həyat təcrübəsi qazandım. Yaxşı və pis insanlarla tanış oldum. Hər iki qrupa minnətdaram. Xüsusilə 2-ci qrupa. Məhz onların sayəsində yaxşını pisdən seçə bildim. Hə, bir də saçlarım ağardı.
- Bəs, Siz “İnter"ə?
- Gördüyüm işlər haqqında danışmaq etikadankənar olar. Geridə qalan müddətdə klub 2 dəfə ölkə çempionu olub, 3 dəfə 2-ci feri tutub, 4 dəfə Azərbaycan Kubokunun finalına çıxmışıq, Çempionlar Liqası və Avroliqada çıxışlarımız... Demək olar ki, hər il medalçılar sırasında yer almışıq. Hələ Birlik Kubokundakı qələbəni demirəm. Həmin kubokla fəxr edirəm. Yəqin ki, bu uğurlarda azacıq da olsa, mənim də əməyim var. Məsləhət olsa, qalacam. 10 ilə yaxındır, Azərbaycandayam. Heç vaxt burada keçirdiyim günlərə görə heyfslənməyəcəm.
İlqar TAĞIYEV
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Qarabağ” - “Ayaks”: həyəcan zirvəyə yüksəlir
- “Neftçi”nin baş məşqçi məsələsində son durum: Nə türkiyəli, nə belaruslu...
- “Neftçi”nin yeni baş məşqçisi bilindi - SON DƏQİQƏ
- Silva Yankoviçlə mübahisə etmələrindən danışdı: “Hər şey həll olunub”
- Vernidub “Neftçi”nin baş məşqçisi olacağı barədə xəbərlərə münasibət bildirdi
- Elvin Məmmədov istefasını şərh etdi: “Səbail”in bunu bacaracağına inanıram”
- Tramp DÇ-2026-nın püşkatmasında Azərbaycan Xalq rəssamlarının hazırladığı mükafat aldı
- “Qarabağ”ın oyununun biletləri satışa çıxır
- Joni Montiel: “Qarabağ” hamının məğlub etmək istədiyi komandadır”
- "Qarabağ" - "Ayaks" oyununun biletləri satışa çıxdı
- "Səbail"in icraçı direktoru: "Elvin Məmmədov işinə həmişə peşəkar və dürüst yanaşıb"
- “Qarabağ”ın üzvləri yeni reabilitasiya mərkəzində
- “Araz-Naxçıvan”ın problemi məşqçi deyil - QEYD
- Rəşad Sadıqov: “Biz hər zaman gerçəkləri deyirik”
- Yuri Vernidub: “Yazırlar ki, guya mən “Neftçi” ilə anlaşmışam?”
-
11:49
Adil Şükürov: “Heyətdə ciddi dəyişikliklər olacaq”
-
10:53
"Zirə"nin futbolçusu Millətlər Kubokunda meydana çıxdı
-
10:27
Futbolçu oyun zamanı vəfat etdi
-
10:00
Kamerun Afrika Millətlər Kubokuna qələbə ilə başladı VİDEO
-
19:13
Vernidub sabiq futbolçusunu “Neftçi”yə gətirir?
-
18:38
"Karvan-Yevlax"ın qış hazırlıq planı bilindi
-
17:21
“Atletik” “Qarabağ”ın şikayəti əsasında cərimələndi
-
16:45
“Səbail”dən gözlənilməz məğlubiyyət
-
15:57
UEFA “Napoli”ni “Qarabağ”la oyuna görə cərimələdi
-
15:00
PFL ayın ən yaxşı qolunun müəllifini mükafatlandırdı
-
14:34
"Turan Tovuz"un mövsümün ilk hissəsində vurduğu bütün qollar VİDEO
-
14:12
Basketbol üzrə Azərbaycan Kubokunun püşkü atılıb
-
13:49
"Qarabağ"ın müdafiəçisinə Braziliyadan təklif
-
13:26
Millimizin üzvləri şagirdlərlə görüşdü
-
13:08
II Liqanın bombardirləri açıqlandı
-
12:53
Murad Musayev Rusiyada ilin məşqçisi seçildi
-
11:31
Zamiq qırmızı vərəqə aldı, komandası qalib gəldi
-
10:45
"Arsenal" penaltilərdə sevindi VİDEO
-
10:27
"Neftçi" və "Sumqayıt"ın futbolçuları Afrika Millətlər Kubokunda oynadılar
-
10:00
Derbini "Beşiktaş" qazandı VİDEO
-
19:38
Azərbaycan Basketbol Liqasında təxirə salınmış bir oyun keçirilib
-
19:07
Məmmədov poker, Seyidov dubl etdi VİDEO
-
18:11
Yankoviç: “Qarşıda məni nələrin gözlədiyini görmək üçün səbirsizlənirəm”
-
17:24
“Srvena Zvezda”nın yeni baş məşqçisi müəyyənləşdi
-
16:43
II Liqada ilin son oyunları keçirildi
-
15:56
Azərbaycanda legioner limitinin dəyişdirilməsi planlaşdırılır
-
15:39
Taekvondo üzrə Azərbaycan çempionatı keçiriləcək
-
15:00
“Qarabağ” seneqallı hücumçu üçün təklif göndərib?
-
14:42
“Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının Təşkilat Komitəsinin iclası keçirilib
-
14:27
AFFA I Liqa klubuna texniki məğlubiyyət verdi
-
14:15
"Bakı-Xankəndi" Azərbaycan Velosiped Yarışının loqosu təqdim olunub
-
13:51
"Zirə"nin hazırlıq planı bilindi
-
13:09
“Sumqayıt”ın kapitanı: “Məğlub olmuşuqsa, hamıda problem var”
-
12:34
Emin Mahmudov 50-yə çatdı: Tarixdə 16-cı, “Neftçi”də 4-cü
-
12:13
"Gənclərbirliyi" - "Trabzonspor" matçında 7 qol VİDEO
-
11:48
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:26
"Başakşehir"dən darmadağın VİDEO
-
11:09
“Qarabağ”dan üstünlük: 185 oyunda 447 qol
-
10:52
Salah Misirə qələbə qazandırdı VİDEO
-
10:31
“Sumqayıt” hamını qabaqladı
-
10:17
Italiya Superkubokunu "Napoli" qazandı VİDEO
-
09:45
“Traktor”dan ÇL-də ardıcıl dördüncü qələbə
-
18:41
“Qəbələ”nin qış hazırlıq planı məlum oldu
-
18:19
PFL-in təşəbbüsü ilə internat məktəbinin şagirdləri "Qarabağ"la görüşdü VİDEO
-
17:57
2025-ci ildə boksçularımızın beynəlxalq yarışlarda əldə etdikləri medalların sayı artıb
-
17:25
PFL 2026-cı ilin ilk turunun oyun cədvəlini açıqladı
-
17:06
Azərbaycanın güləş hakimi ən yüksək kateqoriyaya yiyələnib
-
16:34
"Qaradağ Lökbatan"dan 13 qollu qələbə
-
16:13
Azərbaycan Basketbol Federasiyası 3 hakimi cəzalandırıb
-
15:42
Azərbaycanlı pilot mövsümün son yarışını uğurla başa vurub
25.12.2025
24.12.2025
23.12.2025
22.12.2025























