1 Oktyabr 2026, Cümə axşamı
U-21 millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar
IX turun oyun cədvəli açıqlanıb
"Qəbələ"də daha iki yeni məşqçi

Basketbol

“Xəyallarımızı gerçəkləşdirmək üçün mübarizə aparacağıq”

“Xəyallarımızı gerçəkləşdirmək üçün mübarizə aparacağıq”.

Futbolxeber.az saytının məlumatına görə, bunu "Şəki"nin baş məşqçisi Bedri Meriç "Lənkəran"a qarşı Azərbaycan Basketbol Liqasının müntəzəm mövsümünün sonuncu - XX turunun oyunundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Türkiyəli mütəxəssis qələbə qazandıqları üçün sevincli olduqlarını bildirib: "İlk hissədə çox pis oynadıq. İkinci yarıda strategiyamızı dəyişdik və asan qələbə qazandıq. Əla nəticəyə nail olduq. Mövsümün əvvəlində qoyduğumuz hədəfə çatdıq. Lakin mövsüm hələ tam başa çatmayıb. Bundan sonra xəyallarımızın arxasınca gedəcəyik. Bütün heyətlə qürur duyuram. Həqiqətən əla mövsüm keçirdik. Heç vaxt hədəfimizdən dönmədik. Zədəlilərimiz oldu, çətin oyun təqvimi ilə üzləşdik. Sonadək döyüşdük və layiq olduğumuzu aldıq. Pley-offa çıxacağımıza inanırdıq. Bu, tamamilə oyunçuların qazandığı uğurdur. Bütün basketbolçularıma təşəkkür edirəm. Dediyim kimi, hədəfimizə çatdıq. Amma xəyallarımızı gerçəkləşdirmək üçün mübarizə aparmağa davam edəcəyik".

Qeyd edək ki, "Lənkəran" - "Şəki" qarşılaşması qonaq komandanın 107:78 hesablı qələbəsi ilə yekunlaşıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31