Basketbol
"Gəncə"nin baş məşqçisi: "Planlaşdırdığımız yerdəyik"
"Planlaşdırdığımız yerdəyik".
Futbolxeber.az saytının məlumatına görə, bunu "Gəncə" basketbol komandasının baş məşqçisi Halil Atlı klubun mətbuat xidmətinə müsahibəsində deyib.
Türkiyəli mütəxəssis Azərbaycan Basketbol Liqasında ilk üç turu dəyərləndirib: "Bütün oyunlarda qələbə qazandığımızdan istədiyimiz şəkildə irəlilədiyimizi deyə bilərik. Əslində planlama nöqtəsində çempionata uğurlu başlayacağımızı bilirdim. Önəmli olan komandanı buna inandırmaq, kollektivi yaxşı hazırlaşdırmaq idi. Həm fiziki, həm də texniki cəhətdən keyfiyyətli hazırlaşdığımızı düşünürəm. İlk turlarda rəqiblərimizi də uyğun şəkildə təhlil etdik. Oyunçular vurğuladığımız detallara düzgün yanaşıb bacardıqlarını etdilər. Ona görə deyə bilərəm ki, əvvəldən planlaşdırdığımız yerdəyik".
H.Atlı hər komandanın özünəməxsus oyun sisteminin olduğunu bildirib: "Ona görə bizim digərlərindən hər hansı bir şeyi daha yaxşı bacardığımızı deməyim düzgün olmaz. Amma məni ilk üç matçda sevindirən məqam hər oyunda öz sistemimizdə müəyyən dəyişikliklər etməyimiz və basketbolçuların buna tezliklə uyğunlaşması, tapşırıqları meydanda həyata keçirməsi oldu".
Baş məşqçi B qrupunda 6 xalla birinci pillədə qərarlaşmaları barədə danışıb: "Lider mövqeyinə çıxmaq və orada qalmaq çox çətindir. Tutduğumuz yeri qorumaq çox önəmlidir və biz bunu etməyə çalışacağıq. Hamımızın hədəfi budur. Liqa uzun bir marafondur. Qarşıda çox oyunlar var. Zaman keçdikcə rəqiblər bir-birini daha yaxından tanıyacaqlar. Ona görə indidən dəqiq bir şey demək çox tezdir. Amma bizim qarşımıza qoyduğumuz hədəf var. Basketbolçular buna doğru irəliləyirlər. Onlar oyunları ilə mənə inam verirlər. Qarşımızda duran ilk vəzifə, öncədən də dediyim kimi, “Gəncə”ni yenidən pley-offa daşımaqdır. Sonrasına addım-addım baxacağıq".
O, çempionatda yaranmış fasiləyə mövsüm öncəsi hazırlıq dövrü kimi yanaşdıqlarını vurğulayıb: "Məncə, bizim üçün yaxşı keçdi. Fiziki gücümüzə güc qatdıq. Daha yaxşı edə biləcəyimiz işlərin üzərində çalışdıq, inkişaf etdik. Yoxlama oyunu keçirə bilməməyimiz bir az məni üzür. İstənilən halda, düşünürəm ki, fasilə dövrü bizim üçün hazırlaşmaq baxımından yaxşı fürsət oldu".
Mütəxəssis növbəti turda üzləşəcəkləri "Şəki" ilə matça da toxunub və həmkarı Bedri Meriçin daha əvvəl "Gəncə"də işlədiyini xatırladıb: "Bedri hoca bu şəhər üçün doğmadır. Ötən mövsüm “Gəncə”nin məşqçisi olaraq burada gözəl münasibətlər qurub. İndi onu və komandasını qonaq edəcəyik. Ümid edirəm ki, yaxşı oyun olacaq".
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- 13-cü turun oyun cədvəli açıqlandı
- Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
- Kipr - Monteneqro matçında 5 qol
- Zirədə dramatik oyun
- Millimizin qələbəsi
- Almaniya Niderlandı darmadağın etdi
- "Zirə” də xal itirdi, "Qarabağ" da
- “Neftçi” liderliyi ələ keçirdi
- “Qəbələ” və “Zirə” qalib gəldi
- Bekiri: "1 xal qazanmağa layiq idik"
-
14:00
Qazaxda İdman Festivalı keçirilir
-
13:37
Güləş millimiz Gürcüstanda çempion olub
-
13:14
Yevlaxda heyətlər açıqlandı
-
12:41
Azərbaycan parataekvondoçusu dünya çempionatında qızıl medal qazanıb
-
12:25
Qazaxıstanlı məşqçilər “Qarabağ”ın düşərgəsində
-
11:52
Vernidubla “Neftçi” Akademiyasının koordinator və məşqçi heyəti arasında görüş keçirilib FOTOLENT
-
11:00
U-20 millimiz İraqla qarşılaşır
-
10:36
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:19
Azərbaycan ağırlıqqaldıranı Rusiyada bürünc medal qazanıb
-
10:00
Azərbaycan Premyer Liqasında 12-ci tur start götürür
-
09:47
XII turun hakim təyinatları
-
09:24
Xankəndidə vurulan qollar VİDEO
-
09:00
Fərəcullayevin “Xırdalan 0.0” kimi taktikası
-
20:53
Emin Salmanov: "Hazırda həyatımın ən xoşbəxt günlərindən birini yaşayıram" VİDEO
-
20:26
Xankəndidə futbol bayramı FOTOLENT
-
20:14
Munis Abdullayev: “Xankəndidə yenidən futbol oyununun təşkili çox qürurvericidir” VİDEO
-
19:49
Samir Ələkbərov: “Hisslərimi sözlə ifadə etməkdə çətinlik çəkirəm” VİDEO
-
19:00
Azərbaycanın 4 parataekvondoçusu dünya çempionatında mübarizə aparacaq
-
18:32
Cüdoçumuz dünya çempionatında bürünc medal qazanıb
-
17:58
Böyük futbol Xankəndiyə qayıtdı
-
17:16
Futzal liqalarının püşkü atılıb
-
16:41
Xankəndidəki oyunda topa ilk toxunuşu şəhid övladı edib
-
16:23
"Neftçi"də təhlükəsiz idman mühitinin təşviqinə həsr olunmuş seminar təşkil edilib
-
16:05
Millimizin heyəti açıqlandı
-
15:36
Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının yayımının təşkili ilə bağlı məsələlər müzakirə edilib
-
15:19
Yeniyetmə taekvondoçular təlim-məşq toplanışına cəlb olunublar
-
14:44
Azərbaycan Güləş Federasiyasında uşaqlar üçün ekskursiya təşkil olunub
-
14:00
Samir Abasov: “Futbolçular pley-off şansını bilsəydilər belə, Lixtenşteynə çox qol vura bilməzdik”
-
13:27
Millimizin üzvləri məktəblilərlə görüşdü
-
12:52
AMADA nümayəndə heyəti Strasburqda CAHAMA-nın 73-cü iclasında iştirak edib
-
12:38
Futzal üzrə Yüksək Liqanda 10 komanda yarışacaq
-
12:16
Kvaratsxeliya ilin adamı seçildi
-
11:43
“Sumqayıt” akademiyasının üzvləri üçün antidopinq təlimi keçirilib
-
11:21
"Qarabağ" "Kəpəz"lə oyuna hazırlaşır FOTOLENT
-
10:59
Avropa reytinqi: Minifutbol millimiz ikincidir
-
10:05
"Sumqayıt" məşqlərini davam etdirir VİDEO
-
09:34
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
09:17
Avropa çempionatı: Daha 4 boksçumuz 1/4 finalda
-
09:00
“Qarabağ” Qazaxıstan klubuna uduzub
-
18:00
ACF-nin təşkilatçılığı ilə Bakıda kəmər dərəcələri üzrə növbəti rəsmi imtahan keçiriləcək
-
17:47
II Liqada 11 oyunun başlama saatı açıqlandı
-
17:11
Dünya çempionatı: cüdoçularımızın ilk rəqibləri müəyyənləşib
-
16:36
Arda Güler 2032-ci ilin yayına kimi “Real”da
-
15:58
Xuan Mata karyerasını başa vurdu
-
15:29
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
15:05
Millimiz FIFA reytinqində irəlilədi
-
14:43
Şəhid polkovnik Vüqar Yusifovun xatirəsinə həsr olunan güləş turniri keçiriləcək
-
14:12
ABŞ-dən olan legioner Azərbaycan klubunda
-
13:54
Azərbaycanda təmiz idman prinsiplərinin təbliği istiqamətində növbəti tədbir təşkil olunub
-
13:27
Keyn Millətlər Liqasının bombardiri oldu
20.11.2026
19.11.2026
18.11.2026
























