6 Oktyabr 2026, Çərşənbə axşamı
Millimiz Litvanı tək qolla məğlub etdi
U-20 millimiz Moldovaya uduzdu
“Qarabağ” "Zirə”yə qalib gəldi
“Qəbələ” yaponlara məğlub oldu

Xarici futbol

Adiyev istefaya göndərildi

Rusiyalı mütəxəssis Maqomed Adiyev "Krılya Sovetov"un baş məşqçisi vəzifəsindən göndərilib.

Futbolxeber.az saytının məlumatına görə, bu haqda klubun mətbuat xidməti açıqlama yayıb.

Adiyev daha əvvəl Qazaxıstanda "Aktobe" ilə danışıqlar aparmışdı. Lakin məşqçi özü də bunların planlaşdırılmış danışıqlar deyil, təsadüfi görüş olduğunu bildirmişdi. Daha sonra "Krılya Sovetov"un Maqomed Adiyevlə yollarını ayırmaq qərarına gəldiyi barədə xəbərlər yayılmışdı.

Bu gün isə klub onu istefaya göndərdiyini açıqlayıb. Bildirilib ki, Adiyevi bu vəzifədə Sergey Bulatov əvəzləyəcək.

Qeyd edək ki, 48 yaşlı mütəxəssis 2025-ci ilin yayından "Krılya Sovetov"u çalışdırırdı. Rusiya Premyer Liqasının 22 turundan sonra Samara klubunun aktivində 21 xalı var və 13-cü yerdədir.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31