20 Avqust 2026, Cümə axşamı
“Sabah” "Hapoel"ə məğlub oldu
“Səbail” “Sakaryaspor”la heç-heçə etdi
“Qarabağ” Niderlanda yollandı
"Neftçi"də serbiyalı vinger

Xarici futbol

Qattuzo: “Bu nəticəyə görə üzr istəyirəm”

“Hakimliyi və ya digər kənar səbəbləri müzakirə etmək istəmirəm. Bu gün hər şeyi meydan həll etdi”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri İtaliya millisinin baş məşqçisi Cennaro Qattuzo DÇ-2026-nın final mərhələsinə vəsiqə üçün oynanılan pley-off-un həlledici matçında Bosniya və Herseqovinaya uduzduqları görüşdən sonra deyib.

İtaliya millisi rəqibinə penaltilər seriyasında uduzaraq ardıcıl 3-cü dəfə dünya çempionatından kənarda qalıb.

Məğlubiyyətə görə azarkeşlərdən üzr istəyən Qattuzo rəqibin əzmkarlığına heyran olduğunu vurğulayıb: “Bu nəticəyə görə şəxsən üzr istəyirəm. Amma futbolçularımız meydanda hər şeyi etdilər. Uzun illər davam edən futbolçu karyeramda qələbələrə də sevinmişəm, ağır məğlubiyyətlər də yaşamışam. Məni rəqibin nə qədər fədakarlıq və xarakter göstərməsi heyrətləndirdi. Bizə daim təzyiq edirdilər, sanki səngərdə idik. Etiraf etməliyik ki, biz dünya çempionatına düşməyi bacarmadıq".

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31