5 Oktyabr 2026, Bazar ertəsi
Millimiz Litvanı tək qolla məğlub etdi
U-20 millimiz Moldovaya uduzdu
“Qarabağ” "Zirə”yə qalib gəldi
“Qəbələ” yaponlara məğlub oldu

Xarici futbol

Azərbaycanlı FİFA referisi ilk dəfə beynəlxalq oyunu idarə etdi

Azərbaycanlı FİFA referisi Tural Qurbanov ilk dəfə beynəlxalq oyunda baş hakim kimi oyun idarə edib.

Futbolxeber.az saytının məlumatına görə, o, U-17-lər arasında Avropa çempionatının seçmə mərhələsinin 2-ci raundu çərçivəsində keçirilən Niderland-Belarus matçının baş hakimi olub.

Qurbanov Niderlandın 2:1 hesabı ilə qalib gəldiyi görüşdə 3 futbolçuya sarı vərəqə göstərib. O, meydan sahiblərinin iki, qonaqların isə 1 oyunçusuna rəsmi xəbərdarlıq edib.

Qeyd edək ki, digər azərbaycanlı hakim Asiman Əzizli isə Tural Qurbanovun köməkçisi funksiyasını yerinə yetirib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31