16 Oktyabr 2026, Cümə
“Sumqayıt”ın heyətində ciddi itkilər
Evdə də qonaq “İmişli” - YAZI
“İmişli”də baş məşqçi istefası
“Neftçi” 5 min manat cərimələndi

Xarici futbol

Etirazlarda “Traktor”un keçmiş futbolçusu ilə xanımı da öldürülüb

Təbrizin “Traktor” klubunun keçmiş futbolçusu Mojtaba Torşiz İranda davam edən etirazlar zamanı həyat yoldaşı ilə birlikdə öldürülüb.

Futbolxeber.az saytının “Qafqazinfo”ya istinadən verdiyi məlumata görə, bu barədə sosial şəbəkələrdə paylaşım edilib.

Bildirilib ki, Mojtaba Torşiz və həyat yoldaşı etiraz aksiyalarında İran xalqını dəstəklədiklərinə görə İslam Respublikası təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilib. Hadisənin təfərrüatı ilə bağlı rəsmi qurumlar tərəfindən hələlik açıqlama verilməyib.

Qeyd edək ki, 47 yaşlı Mojtaba Torşiz 2009-2011-ci illərdə klubda yarımmüdafiəçi mövqeyində çıxış edib. O, 2016-cı ildə futbolçu karyerasını bitirib.

Xatırladaq ki, ötən il dekabrın 28-də İranın milli valyutasının kəskin dəyər itirməsi və iqtisadi problemlər səbəbindən Tehranın Böyük Bazarı ərazisində başlayan etiraz aksiyaları ölkənin bir çox şəhərinə yayılıb.

İran İnsan Hüquqları Aktivistləri Xəbər Agentliyinin (HRANA) son hesabatına görə, etirazlar zamanı ölənlərin sayı 147 təhlükəsizlik əməkdaşı və 2403 etirazçı olmaqla, ümumilikdə 2550 nəfərə çatıb.

İran hakimiyyəti ölən və yaralananlarla bağlı hələlik rəsmi açıqlama yaymayıb.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31