28 Avqust 2026, Cümə
"Qarabağ" "Tvente"yə məğlub oldu
“Qarabağ”dan ardıcıl iki transfer
ÇL: "Sabah"ın rəqibləri müəyyənləşdi
"Neftçi" Kurçi ilə yollarını ayırdı

Digər idman növləri

Olimpiada: Bu gün 8 növdə yarışlar keçiriləcək

İtaliyanın Milan və Kortina-d'Ampetso şəhərlərində təşkil olunan XXV Qış Olimpiya Oyunlarında bu gün 8 idman növü üzrə yarışlar keçiriləcək.

Futbolxeber.az saytının məlumatına görə, biatlon, bobsley, xizəksürmə, körlinq, sərbəst üslubda xizəksürmə, hokkey, xizək alpinizmi və sürətli konkisürmə üzrə mübarizə baş tutacaq.

Yarışın medal sıralamasında Norveç birinci pillədə qərarlaşıb. Skandinaviya ölkəsi indiyədək 37 (17 qızıl, 10 gümüş, 10 bürünc) mükafat qazanıb. ABŞ (10 qızıl, 12 gümüş, 7 bürünc) ikinci, İtaliya (9 qızıl, 5 gümüş, 13 bürünc) üçüncüdür.

Azərbaycanın dağ xizəkçisi Anastasiya Papatoma slalom növündə mübarizə aparıb. İdmançı iki cəhdin yekununa əsasən 2:09:15 saniyə nəticə ilə 95 nəfər arasında 51-ci olub.

Daha əvvəl Azərbaycan fiqurlu konkisürəni Vladimir Litvintsev qısa proqramda 29 idmançının mübarizəsində 63,63 xalla sonuncu yeri tutub və mübarizəni dayandırıb.

Qeyd edək ki, XXV Qış Olimpiya Oyunlarına sabah yekun vurulacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31