10 Oktyabr 2026, Şənbə
Azərbaycan kubokunda yeni rekord
Fətiyev bürünc medal qazandı
“Səbail” qələbəni əldən verdi
VII turun hakim təyinatları

Digər idman növləri

Boksçularımız ilin ilk beynəlxalq sınağına Sofiyada çıxacaqlar

Fevralın 23-də Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə beynəlxalq “Strandja” turniri start götürəcək.

Futbolxeber.az saytına Boks Federasiyasından verilən məlumata görə, 8 gün davam edəcək yarışda Azərbaycan millisi də mübarizə aparacaq.

Məşqçilər korpusu ilin ilk beynəlxalq sınağında Bilalhəbaşi Nəzərov (50 kiloqram), Nicat Hüseynov, Zəlimxan Süleymanov, Zidan Hünbətov (hər üçü 55 kiloqram), Məhəmmədəli Aşırəliyev, Məhəmmədəli Qasımzadə, Tağı Nəsibov (hər üçü 60 kiloqram), Maqsud Xasmetov, Malik Həsənov, Zaur Qəhrəmanov (hər üçü 65 kiloqram), Murad Allahverdiyev (80 kiloqram) və Səbuhi Əlizadəyə (+90 kiloqram) şans verəcək.

35 ölkədən 400-dək boksunun iştirakı gözlənilən turnirdə ölkəmizi hakim kimi Qalib Əbiyev təmsil edəcək.

Qeyd edək ki, yarışın püşkü fevralın 22-də atılacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31