1 Sentyabr 2026, Çərşənbə axşamı
"Sumqayıt" "Qarabağ"a məğlub oldu
"Neftçi" xorvatiyalı yarımmüdafiəçi transfer etdi
“Qəbələ” Sxadadze ilə yolları ayırdı
Dani Bolt “Qarabağ”dan getdi

Digər idman növləri

AMADA millinin üzvləri üçün seminar keçirib

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) Azərbaycanın gənc voleybolçulardan ibarət millisinin üzvləri üçün antidopinq mövzusunda maarifləndirmə seminarı keçirib.

Futbolxeber.az saytının qurumun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, idmançılara antidopinq qayda pozuntuları, dopinq nəzarəti prosesi, bu prosesdə idmançıların hüquq və öhdəlikləri, terapevtik istifadə üçün istisnalar, qadağan edilmiş maddələrdən istifadənin fəsadları, onların qəbuluna görə tətbiq olunan cəzalar, qadağan edilmiş siyahı, məkan məlumatı və ADAMS sistemi kimi vacib mövzularla bağlı ətraflı məlumat verilib.

İnteraktiv şəkildə keçirilən seminarda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Seminar gənc idmançıların həm fiziki, həm də mənəvi cəhətdən sağlam inkişafına töhfə verməklə yanaşı, idmanda ədalət prinsiplərinin möhkəmləndirilməsi məqsədi daşıyıb. İdmançılara antidopinq qaydalarına riayət etməyin önəmi vurğulanıb, düzgün qərar qəbul etmək üçün lazım olan bilik və bacarıqlar diqqətə çatdırılıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30