27 Avqust 2026, Cümə axşamı
"Neftçi" Kurçi ilə yollarını ayırdı
“Sabah” ÇL-in Liqa mərhələsində!
Yuri Vernidubdan qələbə şərhi
"Zirə" "İmişli"ni məğlub etdi

Digər idman növləri

Camal Hill və Halil Rountri Dağüstü Parkda üz-üzə gəliblər

Bakıda keçiriləcək “UFC Fight Night: Hill vs Rountree Jr.” döyüş gecəsinin əsas döyüşçüləri Dağüstü Parkda üz-üzə gəliblər.

Futbolxeber.az saytının məlumatına görə, tədbirdə həmçinin azərbaycanlı MMA döyüşçüləri Rafael Fiziyev, Nazim Sadıxov və Tofiq Musayev də iştirak ediblər.

Turnir iyunun 21-də "Baku Crystal Hall"da baş tutacaq. Gecənin əsas qarşılaşması keçmiş UFC yarımağır çəki çempionu Camal Hill ilə titulun sabiq iddiaçısı Halil Rauntri arasında baş tutacaq. Həmin gecənin ikinci ən vacib döyüşü isə həmyerlimiz Rafael Fiziyev ilə Çili təmsilçisi İqnasio Baxamondes arasında yüngül çəkidə keçiriləcək.

Turnir çərçivəsində həmçinin Azərbaycan təmsilçiləri Nazim Sadıxov və Tofiq Musayev də oktaqona çıxacaqlar. Onların rəqibləri isə müvafiq olaraq, braziliyalı Nikolas Motta və qırğızıstanlı Mıqtıbek Orolbay olacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31