14 Sentyabr 2025, Bazar günü
Kurban Berdıyevdən qələbə şərhi
"Turan Tovuz" "Qəbələ"yə qalib gəldi
“Neftçi”nin heyətində iki itki
“Mövzuya bir daha qayıtmayacağam”

Digər idman növləri

Naxçıvanda Zəfər Günü ilə bağlı veloyürüş keçirilib

Naxçıvan şəhərində Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Zəfər Günü ilə bağlı veloyürüş keçirilib.
 
Futbolxeber.az saytının məlumatına görə, yarış Heydər Əliyev Prospektində yerləşən Zəfər Parkından start götürüb.
 
Tədbirin əvvəlində Ümummilli lider Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
İştirakçılar ümumilikdə 7400 metr məsafə qət ediblər. Oğlan (kişi) və qız (qadın) velosipedçilər arasında ilk üç yerin sahibləri, eləcə də ən yaşlı və ən azyaşlı iştirakçılar diplom, medal və hədiyyələrlə təltif olunublar. Mükafatları Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyyətlərinin icraçısı, nazir müavini Məcid Seyidov təqdim edib.
 
Veloyürüşün nəticələrinə əsasən Elvin Mikayılzadə oğlanlar, Bahar Hüseynova isə qızlar arasında birinci olub. Ramil Allahverdiyev ən yaşlı, Ceyhun Məmmədov isə ən azyaşlı iştirakçı kimi mükafatlandırılıb.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30