11 Iyul 2026, Şənbə
DÇ-2026: İspaniya yarımfinalda
"Neftçi"dən böyük hesablı qələbə
Kamilo Duran rəsmən “Seltik”də
DÇ-2026: Fransa yarımfinalda

Digər idman növləri

Güləşçilərimizdən dünya çempionatının son günündə 2 medal

İspaniyanın Pontevedra şəhərində keçirilən güləş üzrə U-20 dünya çempionatı sona çatıb.

Futbolxeber.az saytının məlumatına görə, mundialın son günündə 2 sərbəst güləşçimiz fəxri kürsüyə qalxıb.

Ağanəzər Novruzov (74 kq) bürünc medal uğrunda görüşdə rusiyalı Tamir Eşinimayevlə qarşılaşıb. Görüşün sonlarında aldığı xallarla rəqibini 4:1 hesabıyla məğlub edən həmyerlimiz dünya üçüncüsü olub.

Anar Cəfərli (92 kq) təsəlliverici görüşdə hindistanlı Amit Sinqə “tuş”la qalib gəlib. Həlledici qarşılaşmada amerikalı Konnor Mirasolayla üz-üzə gələn milli üzvü rəqibini 6:2 hesabıyla üstələyərək bürünc medalı boynundan asıb.

Beləliklə, sərbəst güləş millimiz dünya çempionatını 1 gümüş və 2 bürünc medalla başa vurub. Yekunda 72 xal toplayan yığmamız dünyanın ən güclü 5-ci komandası olub.

Xatırladaq ki, ötən gün Xetaq Karsanov (97 kq) gümüş medala sahib çıxıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyul 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31