5 Avqust 2026, Çərşənbə
"Qarabağ" Polşaya yollandı
Azərbaycan II Liqasının püşk atıldı
"Sumqayıt"da braziliyalı yarımmüdafiəçi
“Şamaxı” “Qəbələ”yə qalib gəldi

Digər idman növləri

Azərbaycan milli komandası Paris-2024-ün sonuncu günündə

Bu gün Parisdə keçirilən Yay Olimpiya Oyunlarına yekun vurulacaq.

Futbolxeber.az saytının məlumatına görə, sonuncu gündə Azərbaycanın bir təmsilçisi mübarizə aparacaq. 

Sərbəst güləşçimiz Maqomedxan Maqomedov bürünc medal uğrunda yarışacaq.

Onun rəqibi təsəlliverici qarşılaşmalardan sonra müəyyənləşəcək. Görüşün 13:30-da başlaması nəzərdə tutulub.

Qeyd edək ki, yarışlarda indiyədək idmançılarımız 6 medal qazanıblar. Cüdoçulardan Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Taekvondoçu Qaşım Maqomedovla (58 kq) boksçu Alfonso Dominqes (92 kq) gümüş medal qazanıb. Yunan-Roma güləşçimiz Həsrət Cəfərov (67 kq) və sərbəst güləşçi Giorgi Meşvildişvili (125 kq) isə bürünc medala sahib çıxıblar.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31