4 Oktyabr 2026, Bazar günü
Milli komandamız Litvaya qarşı
U-20 millimiz Moldovaya uduzdu
“Qarabağ” "Zirə”yə qalib gəldi
“Qəbələ” yaponlara məğlub oldu

Digər idman növləri

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandasının Olimpiadaya lisenziyası təsdiqlənib

Beynəlxalq Gimnastika Federasiyası Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandasının “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziyasını təsdiqləyib.
 
Futbolxeber.az saytına Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, yığma bu uğura Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş Avropa çempionatında nail olub.
 
Ləman Əlimuradova, Kamilə Əliyeva, Yelizaveta Luzan, Güllü Ağalarzadə, Zeynəb Hümmətova və Darya Sorokinadan ibarət kollektiv çoxnövçülük proqramında (5 halqa; 3 lent və 2 top) 70,200 xal toplayaraq siyahıda lisenziyanı daha öncədən təmin etmiş Bolqarıstan, İtaliya və İspaniya komandalarından sonra 4-cü yerdə qərarlaşıb.
 
Bu, Azərbaycanın gimnastika millisinin Paris Olimpiadasına əldə etdiyi 3-cü vəsiqə olub. Buna qədər bədii gimnastika üzrə fərdi proqramda çıxış edən Zöhrə Ağamirova və batut gimnastikası üzrə təmsilçimiz Selcan Mahsudova eyni nailiyyətə imza atıb.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31