5 Iyul 2026, Bazar günü
DÇ-2026-da ilk 1/4 finalçı müəyyənləşdi
"Turan Tovuz"da yeni qapıçı
DÇ-2026: 1/8 finalın bütün cütləri
"Sumqayıt"da braziliyalı qapıçı

Digər idman növləri

Azərbaycan gimnastları beynəlxalq turniri 17 medalla başa vurublar

Azərbaycanın bədii gimnastları Monteneqronun Budva şəhərində keçirilmiş “Montenegro Cup” beynəlxalq turnirində uğurla çıxış ediblər.
 
Futbolxeber.az saytına Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, yığma üzvləri 6 qızıl, 5 gümüş və 6 bürünc olmaqla, ümumilikdə 17 medal qazanıblar.
 
Böyüklər arasında Mədinə Dəmirova halqa və gürzlərdə qızıl, lent və toplarla hərəkətdə gümüş, Zəhra Cəfərova isə halqa və lent proqramında bürünc mükafata sahib çıxıb.
 
Gənclərin yarışında Nilufər Oruclu B kateqoriyasında halqa və toplarla çıxışda fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Şəms Müvəffəqi topla birinci, gürzlər və lentlə ikinci, halqada isə üçüncü yeri tutub. Mədinə Abbaslı isə top, gürzlər və lentlərlə hərəkətlərin icrasında bürünc mükafata yiyələnib.
 
Yeniyetmələrin mübarizəsində Nur Sadıqova və Məryəm Baloğlanova gürzlərdə qüvvəsini sınayıblar. Onlar müvafiq olaraq, qızıl və gümüş medal əldə ediblər.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyul 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31