Digər idman növləri
Milli Olimpiya Komitəsində avarçəkmə üzrə xarici ekspertlə görüş olub
Milli Olimpiya Komitəsində (MOK) Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyinin və BKF-nin təşkilatçılığı ilə Milli İdman Sistemlərinin İnkişafı layihəsi çərçivəsində Böyük Britaniyadan Azərbaycana səfər edən avarçəkmə üzrə xarici ekspert Aleksandr Nikonorovla görüş olub.
Futbolxeber.az saytına MOK-un mətbuat xidmətindən verilən məlumata görə, görüşdə qurumun vitse-prezidenti Çingiz Hüseynzadə ölkəmizdə, xüsusilə də Mingəçevirdə avarçəkmənin inkişafı üçün baza olduğunu qeyd edib. Azərbaycanda idmanın inkişafı istiqamətində görülən işlər arasında mövcud idman qurğularının bərpasının xüsusi əhəmiyyət kəsb etdiyini deyən Ç. Hüseynzadə bu gün “Kür” Olimpiya Tədris-İdman Mərkəzinin beynəlxalq standartlara cavab verdiyini bildirib: “1998-ci ildə Milli Olimpiya Komitəsinin formalaşdığı bir dövrdə Azərbaycan nümayəndə heyəti İsveçrəyə səfər etmişdi. Nümayəndə heyətinin tərkibində Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev, mən və Ağacan Abiyev var idi. Həmin görüşdə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Xuan Antonio Samaranç Azərbaycanda avarçəkmə idman növü ilə məşğul olmaq üçün gözəl idman qurğusunun olduğunu bildirmişdi. BOK prezidenti Mingəçevirdə yerləşən “Kür” Olimpiya Tədris - İdman Mərkəzini nəzərdə tuturdu. O, həmin bazaya mütəxəssis də göndərmişdi. Bu gün Mingəçevir avarçəkmə üzrə beynəlxalq idman yarışlarına ev sahibliyi edir. Buradakı şərait yüksək səviyyədədir və bir sıra yığma komandalar təlim-məşq toplanışlarını “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçirlər. Biz əminik ki, yaxın gələcəkdə Azərbaycanı beynəlxalq yarışlarda uğurla təmsil edəcək avarçəkənlər də yetişdirə biləcəyik”.
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının prezidenti Vüqar Əhmədov ölkəmizdə avarçəkmə idman növünün inkişafı istiqamətində görülən işlər barədə məlumat verib. O, “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanan idmançılar arasında avarçəkənimiz Diana Dımçenkonun da yer aldığını qürurla qeyd edib. Son illər Suqovuşanda və Mingəçevirdə beynəlxalq yarışların uğurla təşkil olunduğunu bildirən V. Əhmədov gələcəkdə Lənkəranda və Qazaxda avarçəkmə idman növünün inkişafı üçün şərait yaradılacağını diqqətə çatdırıb. Avarçəkmə idman növünün inkişafına göstərdiyi dəstəyə görə Milli Olimpiya Komitəsinin rəhbərliyinə minnətdarlığını bildirən V. Əhmədov yaxın vaxtlarda “Sea Breeze”də dəniz avarçəkməsi üzrə məşqlərin keçirilməsinin nəzərdə tutulduğunu vurğulayıb.
MOK-un baş katibi Azər Əliyev son illərdə avarçəkmə idman növünə böyük marağın olduğunu bildirib. Mingəçevirdə təbii infrastrukturun formalaşdığını deyən baş katib burada avarçəkmə idman növünün inkişafı üçün mövcud imkanların olduğunu vurğulayıb. Azər Əliyev onu da diqqətə çatdırıb ki, avarçəkmə təkcə Mingəçevirdə deyil, respublikamızın digər bölgələrində də inkişaf etdirilir. O, bu cür mütəxəssislərin Azərbaycana səfərinin və yerli məşqçilərlə görüşünün ölkədə avarçəkmə idman növünün inkişafına təkan verəcəyini deyib.
Azərbaycanda olmaqdan məmnun olduğunu deyən Aleksandr Nikonorov karyerası ərzində bir sıra yığmaların heyətində məşqçi kimi çalışdığını, əsas uğurlarını İngiltərədə qazandığını bildirib. Bu idman növünün müasirləşməyə doğru addım atdığını vurğulayan mütəxəssis bunun üçün məşqçilərlə görüşlərin əhəmiyyətindən danışıb. Dünyada bu idman növü üzrə böyük rəqabətin hökm sürdüyünü diqqətə çatdıran mütəxəssis burada yerli məşqçilərlə görüşüb, onlarla təcrübə mübadiləsi aparmaq istədiklərini də deyib.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- “Qarabağ”dan fanşopla bağlı yenilik
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
-
21:14
Dünya çempionumuz: “Çox xoşbəxtəm, sevincimin həddi-hüdudu yoxdur”
-
20:26
Azərbaycanın batut gimnastları Dünya Kubokunda bürünc medal qazanıblar
-
19:41
“Dinamo” “Ağdaş”ı darmadağın etdi
-
19:08
Cüdoçumuz dünya çempionu oldu!
-
18:57
Millimiz Litvanı tək qolla məğlub etdi
-
18:12
U-17-dən növbəti biabırçı məğlubiyyət
-
17:30
“Neftçi” “Jalgiris-Vilnüs”ə qalib gəldi
-
16:45
Rui Jorje: “Daha keyfiyyətli oynamalıyıq”
-
14:59
Futbol azarkeş üçündür... qeyrisi təfərrüatdır
-
14:23
4 boksçumuz Avropa çempionatına qələbə ilə başladı
-
13:16
Kamilo Duran Kolumbiya millisində debüt etdi
-
12:37
Elçin Məsiyevə UEFA-dan növbəti təyinat
-
11:08
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:41
“Neftçi”nin legioneri millidə növbəti oyuna çıxdı
-
10:24
İngiltərə millisi Xorvatiyanı top tutdu VİDEO
-
09:52
Dünya çempionatı: 4 cüduçumuz mübarizəyə start verir
-
09:30
"Turan Tovuz" "Fənərbaxça" oyunundan VİDEO
-
22:00
“Turan Tovuz” “Fənərbaxça”ya uduzdu
-
20:42
Qurban Qurbanov: “Normal hazırlaşa bilmirik”
-
20:27
U-20 millimiz Moldovaya uduzdu
-
19:53
Rəşad Sadıqov: “Belə uzun fasiləyə öyrəşməmişik”
-
18:39
“Qarabağ” "Zirə”yə qalib gəldi
-
18:06
“Qəbələ” yaponlara məğlub oldu
-
17:43
“Yuventus” heyətini iki yeni futbolçu ilə gücləndirəcək
-
16:25
“Turan Tovuz” və “Fənərbaxça” nümayəndələri Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər FOTOLENT
-
15:51
"Qəbələ" albaniyalı yarımmüdafiəçi transfer etdi
-
15:18
“Mançester Yunayted” ona yeni sözləşmə təklif edəcək
-
14:32
“Komo”nun yarımmüdafiəçisi İngiltərə klublarının hədəfində
-
14:00
“Barselona”da yeni müqavilə
-
12:49
Monteneqro millisi Latviyadan 3 xalla qayıtdı VİDEO
-
12:27
Gimnastlarımız İtaliyada 5 qızıl, 1 gümüş medal qazanıblar
-
11:54
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
-
11:36
“Qarabağ”ın qapıçısı İsveçlə matçı ehtiyatdan izlədi
-
11:13
Millidə Puxaçın xidmətinə ehtiyac duyulmadı
-
10:45
"Neftçi" "Araz-Naxçıvan"dan üstün oldu VİDEO
-
10:21
Beynəlxalq Cüdo Federasiyasının prezidenti “Dostluq” ordeni ilə təltif edildi
-
10:08
Varkonyinin millidə debütu yenə təxirə salındı
-
09:52
Türkiyə millisi Belçikaya da uduzdu VİDEO
-
09:30
Yankoviç oynadı, komandası 3-də 3 etdi
-
22:16
"Qarabağ" məşqlərini davam etdirir FOTOLENT
-
21:27
Boksçularımızın Avropa çempionatındakı ilk rəqibləri bilindi
-
20:41
"Sumqayıt" mövsümə qələbə ilə başladı
-
20:08
Futzal millimizin AÇ-2027-nin əsas mərhələsindəki rəqibləri müəyyənləşib
-
19:35
“Fənərbaxça” Bakıda
-
18:52
Azərbaycan klubu "World Winners Cup Alanya 2026" turnirində iştirak edəcək
-
18:19
Premyer Liqasında ayın ən yaxşısı müəyyənləşdi
-
18:00
Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib
-
17:44
“Neftçi” “Araz-Naxçıvan”ı məğlub etdi
-
17:23
Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
-
16:56
Zədə səbəbindən U-20 millimizin düşərgəsindən ayrıldı
04.10.2026
03.10.2026
02.10.2026
























