9 Fevral 2026, Bazar ertəsi
"Yenə də favorit "Qarabağ"dır"
"Neftçi"də braziliyalı vinger?
Azərbaycan futbolunda yenilik
Aərbaycan kubokunun püşkü atılıb

Digər idman növləri

Azərbaycan boksçusu: "Parisdə tarix yazmaq, medal qazanmaq arzusundayam"

"Çox sevindirici haldır ki, Olimpiada lisenziyası ilə Vətənə qayıtdıq".
 
Futbolxeber.az saytının AZƏRTAC-a istinadən verdiyi məlumata görə, bu sözləri Tailandın paytaxtı Banqkokda keçirilmiş II Dünya Olimpiya Təsnifat Turnirində yarımfinala yüksələrək "Paris-2024"ə lisenziya qazanan Azərbaycan boksçusu Malik Həsənov jurnalistlərə açıqlamasında deyib.
 
63,5 kiloqram çəki dərəcəsində çıxış edən idmançı bildirib ki, yarış olduqca rəqabətli keçib: “Mənim çəkimdə 80-ə yaxın ölkənin boksçusu mübarizə aparırdı. Ən güclü beş idmançı Olimpiadaya vəsiqə qazanacaqdı. Dörd döyüşdə qələbə qazanıb, lisenziyanı təmin etdim. Qarşıma qoyduğum məqsədə nail oldum. İndi məni növbəti hədəflər gözləyir. "Paris-2024"də tarix yazmaq, qızıl medal qazanmaq arzusundayam”.
 
Qeyd edək ki, bundan başqa Nicat Hüseynov (51 kiloqram), Murad Allahverdiyev (80 kiloqram), Alfonso Dominqes (92 kiloqram) və Məhəmməd Abdullayev (+92 kiloqram) “Paris-2024” Yay Olimpiya Oyunlarına vəsiqə qazanıblar. Beləliklə Azərbaycan yığması Olimpiadada 5 boksçu ilə təmsil olunacaq.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28