15 Avqust 2026, Şənbə
İmad Faraj “Neftçi”dən getdi
Yeni mövsümün ilk qolu vuruldu
“Tvente” “Qarabağ”a rəqib oldu
“Qarabağ” pley-offa yüksəldi

Digər idman növləri

Zeynəb Rəhimova lisenziya turnirində 1/8 finala yüksəlib

Azərbaycan boksçusu Zeynəb Rəhimova İtaliyanın Busto Arsizio şəhərində keçirilən I Dünya Olimpiya Təsnifat Turnirində 1/8 finala yüksəlib.
 
Futbolxeber.az saytının məlumatına görə, 54 kq çəki dərəcəsində mübarizə aparan idmançı ardıcıl ikinci qələbəsini qazanıb.
 
Z.Rəhimova 1/16 finalda Aqerie Bayevi (Efiopiya) ilk raundda tam üstünlüklə məğlub edib. Bununla boksçu Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya üçün bir addım da yaxınlaşıb. Rəhimova yarımfinala yüksəlməyi bacarsa, olimpiadada iştirak hüququna yiyələnəcək.
 
Yığma üzvü 1/8 final görüşünə martın 9-da çıxacaq.
 
Qeyd edək ki, bu gün Azərbaycanın daha 4 boksçusu qüvvəsini sınayacaq. Məhsəti Həmzəyeva-Ağamalıyeva (57 kq) Preedakamon Tintabthhai (Tailand) ilə, Alfonso Dominqes (92 kq) Emmaneul Reyes Pla (İspaniya) ilə, Tayfur Əliyev (63,5 kq) Şion Nişiyama (Yaponiya) ilə, Sərxan Əliyev (71 kq) isə Aleksandr Trofimçukla (Litva) döyüşəcək.
 
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31