13 Mart 2026, Cümə
“Səbail” “Mingəçevir”ə qalib gəldi
Millimizdən biabırçı məğlubiyyət
XXIV turun hakim təyinatları
İran DÇ-2026-da iştirak etməyəcək

Digər idman növləri

Qadın güləşçilərimizdən bürünc medal

İspaniyanın Santyaqo de Kompostela şəhərində güləş üzrə U-20 Avropa çempionatı davam edir.

Futbolxeber.az saytının məlumatına görə, dördüncü yarış günündə qadın güləşi üzrə millimizin üzvü Əsmər Can kurtaran bürünc medal görüşünə çıxıb.

İsveçrəli Svenya Junqoya 9:6 hesabıyla qalib gələn idmançımız Avropa çempionatının bürünc medalını qazanıb.

Ruzanna Məmmədova (55 kq) moldovalı Lina Nitaya "tuş"la qalib gəlsə də, 1/4 finalda rumıniyalı Karla Lirkaya uduzub - 4:5. Rəqibin finala yüksəlməsi Məmmədova üçüncülük uğrunda mübarizə aparmaq imkanı yaradıb. Ruzanna norveçli Felisitas Domayevaya gücünü göstərərək (9:6) bürünc medal əldə edib.

Gültəkin Şirinova (53 kq) fransalı Lauri Lesaffreyə (14:4), slovakiyalı Kristina Basixə (14:6) və türkiyəli Emine Çakmaka (4:1) qalib gələrək finala yüksəlib. Gəncə güləş məktəbinin yetirməsi finalda ukraynalı Mariya Yefremova ilə qarşılaşacaq.

Futbolxeber.az-ın teleqram kanalına abunə olun 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31