1 Oktyabr 2026, Cümə axşamı
U-21 millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar
IX turun oyun cədvəli açıqlanıb
"Qəbələ"də daha iki yeni məşqçi

Digər idman növləri

Güləşçimiz erməniyə qalib gəlib Avropa çempionu oldu

Albaniyanın paytaxtı Tiranada keçirilən U-17 Avropa çempionatında sərbəst güləşçimiz Hacı Kərimov final görüşünə çıxıb.

Futbolxeber.az saytının məlumatına görə, 55 kq çəki dərəcəsində mübarizə aparan idmançımız ermənistanlı Samvel Gevorqyanla qarşılaşıb. H.Kərimov tam üstünlüklə (13:0) qalib gələrək Avropa çempionu olub.

Qeyd edək ki, 110 kq-da idmançımız Yusif Dursunov finalda Henrik Haykyanla (Ermənistan) üz-üzə gələcək.

Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərindən Turan Daşdəmirov (45 kq) qızıl, Elnar Ziyadov (48 kq), Əli Seyidəlili (51 kq), Ayxan Cavadov (55 kq), Elmin Əliyev (80 kq) və Mahir Qurbanlı (110 kq) isə bürünc medal qazanıblar. Qadın güləşçilərdən isə Ruzanna Məmmədova Avropa ikincisi olub.

Futbolxeber.az-ın teleqram kanalına abunə olun

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31