16 Avqust 2026, Bazar günü
“Sumqayıt”da portuqaliyalı müdafiəçi
İmad Faraj “Neftçi”dən getdi
Yeni mövsümün ilk qolu vuruldu
“Tvente” “Qarabağ”a rəqib oldu

Digər idman növləri

Teymur Rəcəbov: "Süni intellektə qarşı oynayırsansa, heç bir şansın yoxdur"

"İndi şahmatda elə bir tendensiya var ki, süni intellekt qrossmeysterlərə, hətta peşəkarlara da çox kömək edir. Düşünürəm ki, süni intellektə qarşı real oyun oynayırsansa, o zaman insanın praktiki olaraq heç bir şansı yoxdur".

Futbolxeber.az saytının “Report”a istinadən verdiyi məlumata görə, bunu Azərbaycan şahmatçısı Teymur Rəcəbov Rusiyanın Sankt-Peterburq şəhərində Beynəlxalq İqtisadi Forum (SPIEF) çərçivəsində süni intellektə əsaslanan "Mendeleyev Chess" proqramından istifadə etməklə keçirilən sinxron şahmat sessiyası barədə "Matc TV"yə açıqlamasında deyib.

Sessiyada 4 qələbə qazanan 36 yaşlı qrossmeyster bildirib ki, orada iştirak edən oyunçuların qarşısında çətin tapşırıq var: "Biz qrossmeysterlər hər bir gedişdə orta səviyyəni kifayət qədər yüksəkdə saxlayırıq. Proqramın köməyi ilə oynayan şahmatçı isə çətin anlar yaşayır - bir səhv problemlərə səbəb olur. Amma proqram müdafiə səviyyəsini daha yüksək saxlamağa kömək edir, taktiki mövqelərdə bir insandan, hətta dünya çempionundan daha güclüdür".

 

Futbolxeber.az-ın teleqram kanalına abunə olun 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31