16 Avqust 2026, Bazar günü
“Sumqayıt”da portuqaliyalı müdafiəçi
İmad Faraj “Neftçi”dən getdi
Yeni mövsümün ilk qolu vuruldu
“Tvente” “Qarabağ”a rəqib oldu

Digər idman növləri

Cüdoçularımız Sloveniyada seminarda iştirak ediblər

Azərbaycan cüdoçuları Sloveniyada təşkil olunan Kodokan Kata seminarında iştirak ediblər.
 
Futbolxeber.az saytının məlumatına görə, 14-15 iyunda ilk dəfə Avropa Kata çempionatında iştirak edən cüdoçular Malik Allahverdiyev, Samir İsmayılov, İsmayıl Rzayev, İbrahim Aslanov, Rafiq Nəcəfov, Əmrah Əhmədov Kadokan Kata seminarına qatılıblar.
 
Kadokan Kata seminarı yaponiyalı Kadokan mütəxəssisləri Uemura Haruki (9-cu dan), Karya Çikara (6-cı dan), Dobya Yoşihiisa (8-ci dan) və Arikava Yuki (6-cı dan) tərəfindən keçirilib. Cüdoçular təlim zamanı əyani sürətdə imtahan verərək qurumun prezidenti Uemura Haruki tərəfindən sertifikat ilə təltif olunublar.
 
Kadokan Kata seminarı bacarıqların təkmilləşdirlməsi ilə yanaşı, kata-nın dərindən öyrənmək üçün unikal imkan yaradır və bu sahədə dünyada ən aparıcı məktəblərdən sayılır.
 
Qeyd edək ki, Azərbaycan Cüdo Federasiyası bundan sonra da cüdoçuların ustalıq səviyyəsini artırmaq məqsədi ilə Avropa Kata çempionatında və Kadokan Kata seminarında cüdoçuların iştirakını dəstəkləyəcək.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31